"Kapital Bank" müəllimlər üçün kredit kampaniyası keçirir

"Kapital Bank" müəllimlər üçün kredit kampaniyası keçirir
10:57 3 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ "Kapital Bank" ASC 5 oktyabr – Müəllimlər Günü münasibətilə oktyabrın 3-7-də müəllimlər üçün yeni güzəştli kredit kampaniyasına başlayıb. Bankın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, aksiya çərçivəsində "Kapital Bank"a müraciət edən müəllimlərə illik faiz dərəcəsində 5% endirim təqdim edilib.
Qeyd edək ki, “Gündəlik tələbat krediti”nin məbləği 300-15 000 manat təşkil edir, müddəti isə 40 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul maaş və ya pensiyasını "Kapital Bank"dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank", 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/kapital-bank-muellimler-ucun-kredit-kampaniyasi-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR