Rafetlə xanımı arasında gərginlik: "Tərbiyəsiz, çıx həyatımdan"

Rafetlə xanımı arasında gərginlik: "Tərbiyəsiz, çıx həyatımdan"
11:01 3 Oktyabr 2016
85 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Rafet El Romanla həyat yoldaşı Ceren Kaplakarslan arasında boşanma prosesi getdikcə gərginləşir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir neçə gün əvvəl məktub yazaraq Rafetdən üzr istəyən və barışmalarını xahiş edən Ceren daha sonra dediklərini inkar edib.

O, sosial şəbəkədə Rafeti işarələyərək yazıb:
 
"Bəzi adamlar şəxsiyyətlərinin çatışmayan tərəfləri ilə üzləşməkdənsə, bunu başqalarının məsumiyyətlərinə ləkə ataraq gizlədirlər. Kor vicdanlarına qarşı dürüst olmaqdansa, ağır qüsurlarını yükləyəcək günah keçisi axtarırlar. Bu məktubu mən yazmadım, sən yazdın. Tərbiyəsiz, çıx həyatımdan".

Cerenin atası Atilla da qızına dəstək olaraq "Narahat olma, qızım. Maddi və mənəvi təzminat ödəyəcəklər. Əxlaqsızlıqlarını ödəyəcəklər" yazıb.

Rafet də bunlara cavab olaraq yazıb:

"Üç gün əvvəl "səni sevirəm" deyərkən nə zaman bu qədər qəddar oldun? Nifrətin saxtası olmazmış, həqiqətən də. Bu məktubu sən yazdın, Ceren. Xatırladım sənə necə və nə zaman yazdığını. Atandan başqa şərh yazanlara  heç bir sözüm yoxdur. Onlar bilmirlər həqiqəti. Atilla, sən həyatımda tanıdığım ən yalançı, ən yaltaq, ən qorxaq insansan".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58594

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR