Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

® Delta Telecom LTD şirkəti Lenovo Gold Partner 2016 statusu ilə təltif olunub

® Delta Telecom LTD şirkəti Lenovo Gold Partner 2016 statusu ilə təltif olunub

‘Telecom’ wins another victory in Azerbaijan Super League (07 December 2016 13:34)
‘Telecom’ team wins in the second round of Azerbaijan Super League (15 November 2016 10:34)
‘Telecom’ team wins the first match of Azerbaijan Super League (10 November 2016 17:34)

Date: 3 October 2016 11:04

Telekommunikasiya, informasiya texnologiyaları bazarında uğurla fəaliyyət göstərən ölkənin aparıcı telekommunikasiya şirkəti və ən iri rabitə operatorlarından biri Delta Telecom LTD dünyada personal kompüter və server həlləri istehsalı üzrə lider olan Lenovo şirkətinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ən yüksək statusuna - Gold Partner adına layiq görülüb. Bu status Lenovo şirkəti tərəfindən regionda ilk dəfədir ki, verilir. Delta Telecom LTD və Lenovo şirkətləri arasındakı tərəfdaşlığın ən yüksək statusu eyni zamanda Azərbaycanda informasiya texnologiyaları sahəsindəki yüksək inkişaf səviyyəsindən xəbər verir.

 

Fəxri sertifikatın təqdim olunma mərasimi bu ilin sentyabr ayında Delta Telecom LTD Baş direktoru Ramazan Vəliyevin, Lenovo şirkətinin Rusiya və MDB üzrə korporativ satışlar departamentinin direktoru Pavel Zotovun və Lenovo Datacenter Group Azərbaycan və Mərkəzi Asiyada tərəfdaşlarla iş üzrə departamentinin direktoru Rasim Bəxşinin iştirakı ilə şirkətin Bakı ofisində keçirilib. Lenovo nümayəndələri öz çıxışlarında inteqratorun birgə biznesdə əldə etdiyi uğurları qeyd edərək onun Lenovo tərəfdaşlarına qarşı dünya miqyasında irəli sürülən tələblərə tam uyğunluq nümayiş etdirdiyini vurğulayıblar. Mərasimdə tərəfdaşlıq sertifikatı təqdim olunduqdan sonra xatirə fotoqrafiyaları çəkilib.

 

Belə bir yüksək status 2016-cı il ərzində bir sıra dövlət sektoruna aid təşkilatlarda IT-infrastrukturasının tətbiq olunması üzrə birgə layihələrin uğurla həyata keçirilməsi sayəsində əldə edilib. Delta Telecom LTD şirkətinin sertifikatlı mühəndisləri tərəfindən tətbiq olunan həllərdə 2014-cü ildə İBM şirkətindən alınan bölmənin istehsal etdiyi, х86 əsasında işləyən Lenovo System X server məhsullarından istifadə olunmuşdur.

 

Delta Telecom LTD-in əldə etdiyi Gold Partner statusu bundan sonra şirkətə istehsalçının bilik bazasından istifadə etmək, texniki və satıcı kadrların ixtisaslarını əlavə olaraq artırmaq, eləcə də regional bazarda vendorla birgə marketinq təşəbbüsləri planlaşdırıb tətbiq etmək imkanı verəcək. Şirkətlər gələcəkdə regiondakı əməkdaşlığı daha da genişləndirməyi, Lenovo və onun IBM, Juniper, Microsoft, VMware kimi, habelə bir çox digər alyans tərəfdaşlarının məhsulları və birgə həlləri əsasında kompleks layihələr tətbiq etməyi planlaşdırır.


Tags:  Delta Telecom LTD şirkəti Lenovo Gold Partner 2016 statusu təltif olunub



RƏYLƏR


Top news