Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın Roma Papası Fransisk ilə görüşü olub.
Axşam.az-ın məlumatına görə, görüşdə ölkə başçısının ailə üzvləri də iştirak edib.
Papa Fransisk İlham Əliyevin ailə üzvlərinə hədiyyələr təqdim edib.
Roma Papası bildirib ki, İlham Əliyev və xanımı Mehriban Əliyevaya təqdim etdiyi hədiyyələrdən biri rəsm əsəridir. Bu rəsm əsəri dünyada mərhəmət əməllərini nümayiş etdirir.
Prezident Roma Papasına Azərbaycan sənətkarlarının əl işlərindən ibarət hədiyyələr bağışlayıb.