Eddi zədələndi

Eddi  zədələndi
11:27 3 Oktyabr 2016
29 İdman
Ölkə mətbuatı
A- A+

Eddi İsrafilov "Kadiz"in heyətində növbəti oyununa çıxıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının üzvü İspaniyanın II Liqasının VIII turu çərçivəsində "Rayo Valyekano" ilə görüşdə meydanda olub.

Start heyətində yer alan İsrafilov 68-ci dəqiqədə əvəzlənib. Onun zədə ilə bağlı olaraq, əvəzləndiyi bildirilir. Belə olan halda, Eddinin millimizin bu ay Norveç və Çexiya ilə keçirəcəyi oyunlara çağırılıb-çağırılmayacağı sual altına düşüb.
 
İsrafilov meydandan çıxanda komandası 0:2 hesabı ilə geridə olub. Sonrakı dəqiqələrdə daha 1 qol vuran "Rayo Valyekano" "Kadiz"ə 3:0 hesabı ilə qalib gəlib.
 
Qeyd edək ki, "Kadiz" 8 turdan sonra turnir cədvəlində 22 komanda arasında 17-ci yerdə qərarlaşıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475436.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR