Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Dələduzluqda təqsirləndirilən keçmiş hakimin vəsatətləri təmin edilməyib

Dələduzluqda təqsirləndirilən keçmiş hakimin vəsatətləri təmin edilməyib

Keçmiş MTN "agent"lərinin məhkəməsi başladı (16 Mart 2017 17:27)
Dələduzluqda təqsirləndirilən keçmiş rəis müavini bəraət aldı (15 Mart 2017 14:29)
Dələduzluqda təqsirləndirilən VƏKİLƏ 9 İL HƏBS (10 Mart 2017 13:14)

Tarix: 3 Oktyabr 2016 11:27

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş hakim Fəxrəddin Rzayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib.
Vəkil çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin cinayət işinə xitam verilməsini və F.rzayevin barəsində olan həbs qətimkan tədbirini dəyişdirib,ev dustaqlığı ilə əvəz edilməsini istəyib.
Hakim bildirib ki, F.Rzayev 2 il axtarışda olduğu üçün vəsatətlər təmin edilmir. 
Məhkəmənin baxış iclası oktabrın 6-nə təyin edilib.
Qeyd edək ki, F.Rzayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.
F.Rzayev əvvəllər Yasamal Rayon Məhkəməsinin hakimo olub. Bir müddət isə Bakı Hərbi Məhkəməsinin icra şöbəsində çalışıb.

Teqlər:  Dələduzluqda təqsirləndirilən keçmiş hakimin vəsatətləri təmin edilməyib



RƏYLƏR


Top xəbərlər