Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sabiq hakim ev dustaqlığına buraxılmadı

Sabiq hakim ev dustaqlığına buraxılmadı

Date: 3 October 2016 11:29

Dələduzluqda təqsirləndirilən sabiq hakim Fəxrəddin Rzayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət verib. Vəsatət təmin edilməyib. Vəkillər F.Rzayevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırıblar. Bu vəsatət təmin edilməyib. Hakim bildirib ki, təqsirləndirilən şəxs iki il axtarışda olduğu üçün onun ev dustaqlığına buraxılması mümkün deyil. İş məhkəmə baxışa təyin edilib. Proses oktyabrın 6-da davam edəcək.

 

Qeyd edək ki, Fəxrəddin Rzayev şəhər sakinlərin etimadını qazanaraq dələduzluq əməli törədib. Şikayət əsasında saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. Fəxrəddin Rzayev 2000-ci ilə qədər Yasamal rayon Məhkəməsində hakim olub. Sonra öz ərizəsi ilə işdən çıxıb. F. Rzayev eləcə də bir müddət Bakı Hərbi Məhkəməsində icra şöbəsinə də rəhbərlik edib.


Tags:  Sabiq hakim ev dustaqlığına buraxılmadı


RƏYLƏR


Top news