"İslam ölkələri jurnalistlərinin bir araya gəlməsi zəruridir" - Prezidentin köməkçisi

"İslam ölkələri jurnalistlərinin bir araya gəlməsi zəruridir" - Prezidentin köməkçisi
11:34 3 Oktyabr 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

"İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 2014-cü il dekabrın 3-də Tehranda keçirilən toplantısında ilk dəfə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılması təşəbbüsü ilə çıxış edib. Həmin konfransda mən bu təşəbbüsü səsləndirdim".

 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

 

Ə. Həsənov bildirib ki, Azərbaycan həmin vaxt Assosiasiyanın katibliyinin də ölkəmizdə yerləşdirilməsini təklif edib: "İslamın mahiyyətinin təhrif edilməsinin, müsəlmanların terrorçu kimi təqdim olunması meyllərinin qarşısının alınması üçün İslam ölkələri jurnalistlərinin bir platformada bir araya gəlməsi, fəaliyyətlərini əlaqələndirməsi zəruridir. Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Humanitar Forumda da İslam ölkələrinin həmrəylinin zəruri olduğunu vurğuladı. İnanırıq ki, bu məsələ İƏT-ə üzv ölkələrin informasiya nazirlərinin 11-ci toplantısının müzakirəsinə çıxarılacaq, 2017-ci ildə Bakı şəhərində İƏT-ə üzv dövlətlərin jurnalistlərinin iştirakı ilə yeni yaranmış qurumun birinci konfransı təşkil ediləcək”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255414

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR