Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Əli Həsənov: "İslam ölkələri arasında jurnalistlərin birliyi, həmrəyliyi çox aktualdır"

Əli Həsənov: "İslam ölkələri arasında jurnalistlərin birliyi, həmrəyliyi çox aktualdır"

IV İslam Həmrəyliyi Oyunlarının biletləri artıq satışda (19 Mart 2017 16:57)
Bakı İslam Oyunlarının ilk biletləri prezident və xanımına verildi (18 Mart 2017 20:19)
IV İslam Həmrəyliyi Oyunları: İlk biletlər İlham Əliyev və Mehriban Əliyevaya təqdim olundu (18 Mart 2017 20:08)

Tarix: 3 Oktyabr 2016 11:42

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) Üzv Dövlətlərin Jurnalistlər Assosasiyasının yaradılması təşəbbüsünü ilk dəfə Azərbaycan dövləti irəli sürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistlər Assosasiyasının konfransında çıxışı zaman deyib.

Ə.Həsənov qeyd edib ki, İƏT-in Tehran toplantısında çıxış etdim və təklif irəli sürdüm ki, Azərbaycan dövləti bu təşkilatın yaranması ilə bağlı bütün məsələləri öz üzərinə götürməyə hazırdır, təşkilatın gələcək katibliyinin Bakıda yerləşdirilməsinə də biz hazırıq:

"İslam ölkələri arasında jurnalistlərin birliyi, həmrəyliyi çox aktualdır. Bugünkü konfransdan sonra konfransın niyyət protokolunu, konfrans iştirakçıları adından müraciəti İƏT-in katibliyinə göndərəcəyik, islam ölkələrinin mətbuat və informasiya nazirlərinə ünvanlayacağıq. Düşünürük ki, 2017-ci ildə Bakıda bu Assosasiyanın ilk təsis konfransını keçirək və onun katibliyini yaradaq".

Milli.Az


Teqlər:  Əli Həsənov İslam ölkələri arasında jurnalistlərin birliyi həmrəyliyi çox aktualdır



RƏYLƏR


Top xəbərlər