Bakı. 3 oktyabr. EPORT.AZ/ Suriyada terrorçu İŞDİ qruplaşmasına qarşı keçirilən "Fırat kalkanı" ("Fərat qalxanı") əməliyyatı nəticəsində oktyabrın 3-də gecə saatlarında Suriya Azadlıq Qrdusunun 15 döyüşçüsü həlak olub, 35-i yaralanıb.
"Report" "Haber7"yə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Baş Qərargahdan bildirilib ki, əməliyyat nəticəsində 13 terrorçu zərərsizləşdirilib.
Məlumata görə, terrorçulara məxsus silah-sursat və ərzaq anbarı, onların başçılarının yeri də daxil olmaqla 9 bina məhv edilib.