Bakıda İƏT-ə üzv dövlətlərin Jurnalistlər Assosasiyasının konfransı keçirilir

Bakıda İƏT-ə üzv dövlətlərin Jurnalistlər Assosasiyasının konfransı keçirilir
11:42 3 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakıda İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistlər Assosasiyasının konfransı keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, konfransda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycanın mətbuat qurumlarının rəhbərləri, İslam dövlətlərinin Bakıdakı diplomatik korpuslarının nümayəndələri iştirak edir.

Tədbiri giriş sözü ilə açan İƏT-ə üzv dövlətlərin Jurnalistlər Assosasiyasının sədri Fazil Abbasov təşkilatın yaradılmasının vacibliyini qeyd edib. O bildirib ki, bu gün İslam ölkələri jurnalistlərinin bir araya gəlməsinə böyük ehtiyac var. F.Abbasov bildirib ki, bu gün qərb dövlətlərində islam haqqında yalnış fikir formalaşdırılır və bu baxımdan islam ölkələrinin jurnalistlərinin bir araya gələrək həqiqətləri dünya ictimaiyyətinə çatdırmasına böyük ehtiyac var.

Tədbirdə çıxış edən Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Musaid Bin İbrahim Al-Sulaim təşklatın yaradılmasının bu gün üçün çox vacib olduğunu qeyd edib. O bildirib ki, informasiya texnologiyalarının inkişafı media sahəsinə də təsir edir və yeni fəaliyyətlər tələb edir. Səfir deyib ki, yeni yaradılan təşkilat müsəlman ölkələrinin problemlərini dünyaya çatdırmaq üçün vacib rol oynaya bilər. Səfir deyib ki, müsəlman ölkələrinin jurnalistləri müsəlman cəmiyyətinə xidmətlə bağlı öz məsuliyyətlərini dərk etməli, müsəlman dövlətləri arasında əlaqələrin inkişafına öz töhfələrini verməlidir. Səfir qeyd edib ki, bu baxımdan müsəlman ölkələrinin jurnalistlərini bir araya gətirəcək bir təşkilatın yaradılması çox müsbət haldır.

Konfransda çıxış edən İranın Azərbaycandakı səfirnin müavini Davud Çərmi bildirib ki, İƏT-ə üzv dövlətlərin Jurnalistlər Assosasiyası islam ölkələri arasında əməkdaşlığın gücləndirilməsinə öz töhfəsini verəcək: "Biz də bu təşkilatın yaradılmasını dəstəkləyirik. Belə bir təşkilatın yaradılması islam ölkələri arasında birbaşa informasiya mübadilsinin düzgün aparılmasına kömək olacaq və islam haqqında yanlış rəyin aradan qaldırılmasına öz töhfəsini verəcək".

Türkiyənin Azərbaycandakı müvəqqəti işlər vəkili Meral Barlas konfransda çıxış edərək deyib ki, bu gün islam ölkələri arasında əlaqələrin gücləndirilməsi və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından jurnalistikanın üzərinə məsuliyyət düşür. M.Barlas vurğulayıb ki, bu gün Türkiyə ilə Azərbaycan jurnalistləri arasında geniş əlaqələr mövcuddur: "Bu gün İƏT çərçivəsində də jurnalistlər arasında əlaqələrin gücləndirilməsi vacibdir. Çünki bu gün islam ölkələri jurnalistlərinin həqiqətləri doğru şəkildə dünyaya çatdırılması vacib əhəmiyyət kəsb edir. Bu baxımdan bu təşkilatın yaradılmasına dəstəyimizi nümayiş etdiririk".

Tədbir digər məruzə və çıxışlarla davam edir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Polis vətəndaşın maşınını və pulunu əlindən aldı - ŞİKAYƏT

24 Avqust 2017 14:28

"Qarabağ"ın düşərgəsində sevinc anları - VİDEO

24 Avqust 2017 14:27

Türkiyə, İraq və İranın məcburi ortaqlığı - terrorçu PKK və İŞİD-ə qarşı mübarizə

24 Avqust 2017 14:22

"Qarabağ" "Milan"ı arxada qoydu - SİYAHI

24 Avqust 2017 14:19

Turan İbrahimov metroda göründü və...

24 Avqust 2017 14:19

Tufandağda buzlar sürətlə əriyir

24 Avqust 2017 14:18

Danimarkada "Qarabağ"a qol vuran futbolçu 3 aylıq sıradan çıxıb

24 Avqust 2017 14:17

İmre Kertesin məşhur romanı Azərbaycan dilində nəşr olunub

24 Avqust 2017 14:17

Röya və Miri Yusif pulsuz konsert verəcək

24 Avqust 2017 14:13

ETSN: Tufandağ buzlağında ərimə prosesi sürətlənib, buzlaq üzərində olan çatların sayı artıb

24 Avqust 2017 14:12

Bakıda avtoxuliqan saxlanıldı

24 Avqust 2017 14:10

Ukraynada azərbaycanlı minaya düşüb öldü

24 Avqust 2017 14:04

Test imtahanları ləğv edilir? - "Bunu əvəzləyəcək alternativ sistem yoxdur" - ŞƏRH

24 Avqust 2017 14:03

Manatın dollara nisbətdə məzənnəsi

24 Avqust 2017 13:58

Maliyyə Nazirliyi tender keçirir

24 Avqust 2017 13:57

İstanbulda məhkəmə zalında atəş açılıb, 2 nəfər yaralanıb

24 Avqust 2017 13:52

Aİ Azərbaycana yeni səfir təyin edib

24 Avqust 2017 13:52

Yay mövsümündən sonra sağlam menyuya necə keçməli?

24 Avqust 2017 13:48

ABŞ-da neft ehtiyatları yenidən azalma ilə üzləşib

24 Avqust 2017 13:47

Lionel Messinin atası "Mançester Siti" ilə danışıqlara başlayıb

24 Avqust 2017 13:47

İmicini dəyişən Samirə yeni görkəmdə - FOTOLAR

24 Avqust 2017 13:44

Suni göldə batan şəxsin meyiti çıxarılıb

24 Avqust 2017 13:43

Azərbaycan Özbəkistanda beynəlxalq musiqi festivalında iştirak edəcək

24 Avqust 2017 13:42

Cərimələri ödəməyən sürücülərə DYP-dən NÖVBƏTİ XƏBƏRDARLIQ

24 Avqust 2017 13:38

“Kopenhagen”nin futbolçusu: "Heç nəyə lazım olmayan qələbə qazandıq"

24 Avqust 2017 13:27

Millimizin oyununun vaxtı dəyişdirildi

24 Avqust 2017 13:27

FOTO: Azərbaycanlı yazıçıdan çirkin paylaşım...

24 Avqust 2017 13:27

Sürücülərin nəzərinə: o avtomillər müəyyənləşdirilir - XƏBƏRDARLIQ

24 Avqust 2017 13:24

"Qarabağ"ın qələbəsinin pərdəarxası: Bir oyunla ÜÇ HƏDƏF

24 Avqust 2017 13:23

Ermənistanda vəkillər etiraz tətili keçirəcəklər

24 Avqust 2017 13:22

Azərbaycan yanğınsöndürənləri Gürcüstanda böyük sahədə yanğını söndürüblər

24 Avqust 2017 13:19

Buraz Özçivitlə Fahriye Evcen ikinci bal ayına yollandı - FOTO

24 Avqust 2017 13:18

DYP qanunla qadağan olunan yerlərdə avtomobil saxlayanlara xəbərdarlıq edib

24 Avqust 2017 13:17

"Qarabağ"a görə "ərə gedəcəm" deyən aparıcı vədinə xilaf çıxdı

24 Avqust 2017 13:17

Bizim kimi "Qarabağ"...

24 Avqust 2017 13:17

Məşhur meyxanaçılar: Onlar faciəvi şəkildə öldülər...

24 Avqust 2017 13:17

Bədəninizin suya ehtiyacını qarşılayırsınız?

24 Avqust 2017 13:10

Azərbaycan və Kanada XİN başçıları arasında məktub mübadiləsi həyata keçirilib

24 Avqust 2017 13:07

Xəyalə ilə xəbər saatı

24 Avqust 2017 13:07

Uşaqların ürək qüsurlu doğulmasının - Səbəbləri

24 Avqust 2017 13:03

Bakıda avtoxuliqanlıq edən sürücü saxlanılıb

24 Avqust 2017 13:02

Azərbaycanda ilk dəfə - "Mübarizlər" yarışı

24 Avqust 2017 12:58

ABŞ-dan İrəvana ŞOK: “Ərazilər qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır”

24 Avqust 2017 12:58

MHP sədri: “Bu, Türkiyə üçün müharibə səbəbi sayılmalıdır”

24 Avqust 2017 12:58

Rusiyanın xarici işlər naziri Qətər ətrafındakı vəziyyəti müzakirə etmək üçün Körfəz ölkələrinə səfər edəcək

24 Avqust 2017 12:57

Aİ nümayəndəliyinin yeni rəhbəri Bakıya sentyabrın ilk yarısında gələcək

24 Avqust 2017 12:52

Mübariz Qurbanlı Samuxda vətəndaşları qəbul edəcək

24 Avqust 2017 12:52

Azərbaycanın 4 qadın güləşçisi dünya çempionatında mübarizəyə qoşulur

24 Avqust 2017 12:52

Lev Leşenko: "Bakı dünyanın ən gözəl şəhərlərindən biridir"

24 Avqust 2017 12:47

Fazil Məmmədovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib

24 Avqust 2017 12:47