Bakıda gizlədilmiş tapança tapıldı

Bakıda gizlədilmiş tapança tapıldı
11:47 3 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhərində gizlədilmiş tapança götürülüb.

Milli.Az bildirir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xidmətin Baş İdarəsinin və 3 saylı İstintaq Təcridxanasının əməliyyat aparatlarının Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayon 2-ci Zabrat qəsəbəsində fərdi yaşayış evinin daş hasarının çöl tərəfindəki ağacın dibində basdırılmış 1 ədəd "Super-PP 2/94" və 1 ədəd "MP-654K" tipli 4,5 kalibrli tapança aşkar edilərək götürülüb.

Fakt üzrə Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/475476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR