"Kamranın penalti qurtarışı bizi olduğumuzdan da güclü etdi"

"Kamranın penalti qurtarışı bizi olduğumuzdan da güclü etdi"
11:47 3 Oktyabr 2016
86 İdman
Ölkə mətbuatı
A- A+

"Boavişta"nın baş məşqçisi Ervin Sançes Portuqaliya çempionatının 7-ci turunda "Moreyrense"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o bildirib ki, qapıçıları Kamran Ağayevin penaltini qaytarmasından sonra komandası daha güclü oynamağa başlayıb:

"Penalti epizodundan sonra komandamız qadir olduğundan da güclü oldu. Nəticədə lazımı vaxtda qol vurduq. Bu, çoxdan gözlədiyimiz qələbə idi. Oyunçularım və azarkeşlər bu qələbəyə layiq idilər. Qalib gəlməyimizin bir səbəbi də çalışqanlığımız idi və komandamız çox yaxşı mübarizə apardı. Bu qələbəni klubun prezidenti Joao Lourerioraya həsr edirik. Ona şəfa diləyirik".

O, oyuna nəzarət edən tərəfin komandası olduğunu bildirib:

"Bu gün hamımız xoşbəxtik. Biz ancaq qələbə haqda düşünürük".

Qeyd edək ki, "Boavişta" ilk qolu Kamran Ağayevin penaltini dəf etməsindən cəmi 4 dəqiqə sonra vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR