"Polis bizi Bakıda parkdan qovdu" - Elnur

"Polis bizi Bakıda parkdan qovdu" -  Elnur
11:51 3 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Ramil Usubov rəisi və 3 müstəntiqi işdən qovdu - Deputatın oğluna görə (23 May 2017 20:52)
26 yaşlı gənc avtomatla güllələndi - Bakıda (20 May 2017 03:14)
Fillər 4 nəfəri öldürdü (06 May 2017 11:37)

Axşam.az "O səs Türkiyə" müsabiqəsinin qalibi Elnur Hüseynovun "buro247.az"a müsahibəsini təqdim edir:

- Dünyanın ən sehrli şəhərlərindən birində həyat sizin üçün necədir? Yoxsa siz artıq köçmələrə öyrəşmisiniz?

- Yeni şəhər və ya şəhərə köçərkən, mən cəmiyyətə maksimum qarışmağa çalışıram. Onların mədəniyyətini öyrənməyə, dillərində danışmağa çalışıram. Bu halda səni daha asanlıqla qəbul edirlər və uyğunlaşma daha yaxşı keçir. Türkiyə mənim xoşuma gəldi. Türklər bizə oxşayırlar və mədəniyyətimizi çox sevirlər. Əlbəttə ki, ailəm, dostlarım və yaxınlarımdan ötrü darıxıram. Ancaq mənim üçün yeni üfüqlər açmaq istəyi həmişə məkan dəyişikliyi ilə də bağlıdır. İstanbul həqiqətən də çoxmillətli şəhərdir və hər kəsə axtardığını tapmağa imkan verir. Bu şəhərdə özümü çox rahat hiss edirəm.

- Türkiyə ictimaiyyəti ilə çalışmaq çətindirmi?

- Türkiyə ictimaiyyəti kifayət qədər avropalaşmışdır və yeni olan bir şey eşitməyə hazırdır. Onlarda bizimlə müqayisədə toy bazarı daha az üstünlük təşkil edir, daha çox festivallar keçirilir. Ancaq onlar azərbaycanlıların musiqi duyumuna həmişə heyrandır.

- Yaradıcılıq mətbəxində hazırda nə baş verir? Hansı layihələr gözlənilir?

- Yaxın dostum İsfar Sarabski ilə birgə sinql üzərində çalışırıq. Kompozisiya hazırdır, video çəkilib, hazırda isə müqaviləm olduğu şirkət tərəfindən son danışıqlar aparılır. Ümid edirəm ki, bir ay ərzində biz öz işimizi təqdim edəcəyik və bu təqdimat mütləq Bakıda da baş tutacaq. Yaxın zamanlarda albom yazdırmağa başlasam, bu, türk kaverlərindən ibarət plastinka olacaq.

- Müasir cəmiyyət parlaq şou, qalmaqal və epataj istəyir, belə bir fikir var ki, bunsuz hətta ən istedadlılar belə qabağa gedə bilmirlər. Bu, həqiqətən belədir, yoxsa sadəcə çıxıb oxumaq olar?

- Faizlə baxsaq, cəmiyyətin böyük əksəriyyəti, 80%-i ilk növbədə şou istəyir, peşəkarlardan ibarət 20% isə hər şeyi daha dərindən qəbul edir. Ancaq belə bir tendensiya da var ki, həmin 80% azlıqda olanlara oxşamağa çalışır. Düşünürəm ki, məhz bunu əsas tutmaq lazımdır.

- Bəs tənqid sizi həvəsləndirirmi?

- Əvvəllər tənqidi qəbul etmirdim. Bu gün tənqidə maraqla qulaq asıram, ancaq bir şərtlə ki, tənqid edən şəxs öz tövsiyələrinə özü əməl edir. Musiqi sahəsində tənqidlərə gəlincə, mənə hər kəsin fikri maraqlıdır, öz mahnılarımı qulaq asmağa verirəm və reaksiyanı müşahidə edirəm. Tənqid inkişaf etməyə imkan verir. Əsas odur ki, insan onu konkret anda eşitməyə hazır olsun. Mən daima öz "eqom" üzərində çalışıram. Doğrudur, balansı saxlamaq lazımdır. Özünə qiyməti həddindən artıq qaldırmaq və ya endirmək olmaz.

- Sizin üçün mütləq uğur nədir? Özünüz üçün hansı "planka"nı qoyursunuz?

- Mən heç vaxt super ulduz olmaq istəməmişəm. Tanınmaq və mükafatlar arxasınca qaçmıram, öz şəxsim ətrafında artıq səs-küy sevmirəm, hətta belə olanda narahatlıq keçirirəm. Şübhəsiz ki, izləyicilərin diqqəti və sevgisi mənə xoşdur. Ancaq əvvəllər ilk növbədə qazanc əldə etməyə hədəflənmişdimsə, indi daha çox mənə həqiqətən maraqlı olan, xoşuma gələn şeylərlə məşğul olmaq istəyirəm.

- Məsələn?

- Biz dayanmadan dairə ətrafında fırlanırıq və daha çox pul qazanmağa çalışırıq. Əslində isə həqiqətən vacib olan şeylərin çoxu bizim diqqətimizdən kənarda qalır. Şəxsən mən öz şəhərim üçün çox şey etmək istəyərdim. Bakıda xeyriyyə konsertləri keçirmək planlarım var. Açıq havada səslənən, hamı üçün əlçatan olan musiqinin daha çox olmasını istəyərdim. Məsələn, açıq havada klassik musiqi ifa edən orkestr şəhərə canlılıq verə, gənclərə lazımi musiqi zövqü təlqin edə bilər. Mən məmnuniyyətlə belə bir çıxış edərdim.

Məsələ burasındadır ki, insanlara müəyyən dəyərləri təlqin etmək lazımdır. Məsələn, onlarda davranış mədəniyyəti tərbiyə etmək olar. Bu yaxınlarda dostlarımla Qubernator bağında istirahət edərkən, kiçik piknik etmək qərarı verdik. Hava gözəl idi və biz otun üstündə oturduq, bu isə polisin narazılığına səbəb oldu. O, saymazcasına bizi qovmağa başladı və çox adi bir şeyi - otun üstündə otumağı, özümüzü təbiətə daha yaxın hiss etməyi qadağan etdi. Nəticədə biz öyrəndik ki, əslində belə bir qadağa yoxdur və bunu etmək bizim qanuni hüququmuzdur, ancaq o bizim əhval-ruhiyyəmizi korlaya bildi.

Sivil cəmiyyətin daha bir vacib kriteriyası da heyvanlara layiqli münasibətdir. Türkiyədə heyvanlara qulluq üzrə dəqiq müəyyən edilmiş sistem (çip qoymaq sistemi) müşahidə edirəm. Strelizə edilmiş, aşılanmış, yedizdirilmiş, çipli heyvan ətrafdakılara narahat vermir və dövlətin müdafiə altında olur. Bu məsələ ilə bağlı rəsmi məktub da yazmışam.

Heyvanlara qayğı təbiidir, çünki biz onlarla eyni planetdə yaşayırıq. Bu problem məni həmişə maraqlandırıb, ancaq bugün mənim çoxdan arzuladığım şeyi - evsiz heyvanlar üçün sığınacaq açmağı həyata keçirmək imkanım var. Mən torpaq sahəsi almışam və orada "CandorSchool"un əsasını qoymuşam. Burada 15 itin yaşadığı yay volyeri var, ancaq qarşıda bizi böyük iş gözləyir. Yaxşı ki, İdman və Gənclər Nazirliyi bizə sahəyə su çəkməyə kömək etdi, ancaq hələ qış volyerləri tikmək lazımdır, böyük miqdarda yemə ehtiyac var. Əlbəttə ki, bütün bunlara vəsait də lazımdır.

- İnsanlar bu sığınacağa konkret olaraq necə kömək edə bilərlər?

Hazırda Bank Respublikada hesab aktivdir, onun köməyilə pul köçürməsi etmək mümkündür. Ödənişi "MilliÖn" aparatı vasitəsilə, eləcə də "hesab.az"da onlay şəkildə etmək olar. Ümid edirəm ki, bizdə hər şey alınacaq.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Dünyanın ən utancaq səyahətçisi - FOTO

28 İyun 2017 03:03

Polşa prezidenti: "Polkovnik Vəli bəy Yadigar II Dünya müharibəsində bizim azadlığımızı qoruyub"

28 İyun 2017 02:47

Qətər ərəb ölkələrinin tələblərini nəzərdən keçirməyə hazırdır

28 İyun 2017 02:37

"Azərbaycan Avropa ilə Asiyanı birləşdirən önəmli körpüdür" -

28 İyun 2017 02:37

Səudiyyə Ərəbistanının XİN rəhbəri: Səudiyyə Ərəbistanı və bir sıra ərəb ölkələrinin Qətərə qarşı irəli sürdüyü şərtlər üzrə danışıqlar olmayacaq

28 İyun 2017 02:36

Sidneydə möhtəşəm işıq festivalı - FOTO

28 İyun 2017 02:32

Andjey Duda: "Azərbaycan Polşanın Şərq siyasəti üçün çox önəmlidir"

28 İyun 2017 02:17

Türkiyə Suriyanın şimalında geniş hərbi əməliyyatlara hazırlaşır

28 İyun 2017 02:02

Avropa çempionatında finalçılar müəyyənləşdi

28 İyun 2017 01:58

“Qarabağ” seçim edəcək

28 İyun 2017 01:49

"Facebook" istifadəçilərinin sayı 2 milyarda çatıb

28 İyun 2017 01:43

Rusiya hərbçisi Ukrayna ordusuna əsir düşüb

28 İyun 2017 01:37

Mübariz İbrahimova həsr edilmiş animasiya hazırlanıb -

28 İyun 2017 01:34

Kəşfiyyat şefinin qətlində RUSİYA İZİ

28 İyun 2017 01:33

Təbiəti yenə qorumayaq? - FOTO

28 İyun 2017 01:32

Şəki yenidən öz qapılarını “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının üzünə açıb (FOTO)

28 İyun 2017 01:22

Angela Merkel dönər hazırladı -

28 İyun 2017 01:15

İlham Əliyev Varşavada Qarabağdan danışdı

28 İyun 2017 01:09

Xəzərdə boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

28 İyun 2017 00:47

Polşa prezidenti: "Azərbaycan mühüm tərəfdaşımızdır"

28 İyun 2017 00:44

Xəzərdə batan şəxs xilas edilib

28 İyun 2017 00:43

Tut yığmaq istədi, xəstəxanalıq oldu

28 İyun 2017 00:39

Azərbaycan güləşçiləri Avropa çempionatının ilk günündə bir dəst medal qazanıblar

28 İyun 2017 00:37

Andjey Duda: "Polşa və Azərbaycan öz regionlarında iqtisadi liderlərdir"

28 İyun 2017 00:37

Tayson Bakıya gələcək

28 İyun 2017 00:33

Çempionlar Liqasında mübarizəyə start verilib -

28 İyun 2017 00:28

Avropa kuboklarında 2017-2018 mövsümünə start verilib

28 İyun 2017 00:17

"Toyota" piyadanı vurub öldürdü

28 İyun 2017 00:09

Astroloji proqnoz - 28 iyun

28 İyun 2017 00:08

Dubayın əsl siması: o şəhər göründüyü kimi deyil - FOTO

28 İyun 2017 00:05

“Akdağ” məhv edildi

28 İyun 2017 00:05

Günün qoroskopu: əsəblərinizi cilovlayın

28 İyun 2017 00:05

Bir gecədə bağırsaq qurdlarından xilas olmaq istəyirsinizsə...

27 İyun 2017 23:57

"Cənub Qaz Dəhlizi" layihəsi Avropaya qazın çatdırılması üçün yeganə yeni mənbədir" -

27 İyun 2017 23:56

Türkiyədə terrorçular hərbi avtomobilə hücum ediblər

27 İyun 2017 23:55

Ocaqlara və pirlərə getmək nə vaxtdan günah sayılıb?

27 İyun 2017 23:52

Autizm dünyanın sonu deyil

27 İyun 2017 23:47

“Stress çarxları” həqiqətənmi, müalicəvidir? - Marketinqin yeni hiyləsi

27 İyun 2017 23:42

Bu 12 əlamət sizdə varsa, HƏKİMƏ MÜRACİƏT EDİN

27 İyun 2017 23:42

Məscidə piyada getməyin savabı nə qədərdir?

27 İyun 2017 23:42

Stalinin kokaindən istifadə etməsi təsdiqlənib - Arxivlər açıldıqca...

27 İyun 2017 23:42

Prezidentin şərəfinə ziyafət

27 İyun 2017 23:39

Samuxda qadın ağacdan yıxıldı

27 İyun 2017 23:37

Model Leyla Oruclunun ölümündə suçlanan həkim - “Bütün sənədlər prokurorluqdadır”

27 İyun 2017 23:37

Kluba cilvəli getdi - FOTO

27 İyun 2017 23:32

Uşağın qarnı gündən-günə böyüyür -

27 İyun 2017 23:31

Kişinin sevgisini bilmək istəyirsinizsə... - XANIMLARA PSİXOLOQ MƏSLƏHƏTİ

27 İyun 2017 23:27

Sizin Alsheymer xəstəliyinə yaxalanma riskiniz varmı?

27 İyun 2017 23:22

Azad Rəhimov: "Tayson, Holifild və Coşua Bakıya dəvət olunub"

27 İyun 2017 23:17

"Survivor" iştirakçısı tanınmış aktyorla sevgilidir - FOTO

27 İyun 2017 23:17