Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Neftçi” yeni məşqçi ilə müqavilə bağlayıb

“Neftçi” yeni məşqçi ilə müqavilə bağlayıb

Date: 3 October 2016 11:57

Bakı. 3 oktyabr. REPORT.AZ/ “Neftçi” klubu ukraynalı məşqçi Aleksandr Deriberin ilə müqavilə bağlayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 49 yaşlı mütəxəssis mövsümün sonuna qədər əsas komandanın məşqçisi vəzifəsində işləyəcək. 
Aleksandr Deriberin 1967-ci il fevralın 25-də Maykop şəhərində anadan olub. Futbolçu karyerası ərzində “Drujba” Maykop (1985-1989, 1992-1993), “Spartak” Anapa (1990), “Ximik” Beloreçensk (1991) və “Etalon” (1991) klublarının şərəfini qoruyub. Ukraynanın “Nafkom” (2005-2007), “Zvezda” Kirovoqrad (2010-2011) və “Desna” (2011-2012) klublarında baş məşqçi vəzifəsini yerinə yetirib. Köməkçi məşqçi kimi isə “Niva” (2004-2005) və Ukrayna U-17 milli komandasında (2004-2006, 2008-2010) işləyib.

Tags:  Neftçi yeni məşqçi müqavilə bağlayıb

RƏYLƏR


Top news