Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bezotosnıya 84 dəqiqə lazımdır

Bezotosnıya 84 dəqiqə lazımdır

Date: 3 October 2016 12:05

Azərbaycan Premyer Liqasında I dövrəyə yekun vurulub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, VII turda "Qarabağ"ı 2:0 hesabı ilə məğlub edən "qırmızı-qaralar"ın qapıçısı Dmitri Bezotosnının quru seriyası artıq 868 dəqiqəyə çatıb. Ukraynalı qolkiperin bu göstəricisi Azərbaycan çempionatlarının 7-cisi, "Qəbələ"nin 2-cisidir.

2010/11 mövsümündə qeydə alınan klub rekordu isə Pavel Doroşevə məxsusdur. Latviyalı 952 dəqiqə qol buraxmayıb. Onun rekordunu təkrarlamaq üçün Bezotosnıya "İnter"lə matçda 84 dəqiqə qapısını toxunulmaz saxlamaq lazımdır.

Milli.Az


Tags:  Bezotosnıya 84 dəqiqə lazımdır

RƏYLƏR


Top news