Prsineçki kimlərdən imtina etdi? - 13 ay sonra qayıdır

Prsineçki kimlərdən imtina etdi? -   13 ay sonra qayıdır
12:07 3 Oktyabr 2016
50 İdman
Ölkə mətbuatı
A- A+

Millimizin baş məşqçisi Robert Prosineçki "DÇ-2018"in seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Bakıda Norveç, oktyabrın 11-də isə Ostrava şəhərində Çexiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyətini açıqlayıb.


Fanat.Az xəbər verir ki, xorvat mütəxəssis San Marino matçı ilə müqayisədə 3 futbolçuya dəvət göndərməyib. Bunlardan ikisi - "Qarabağ"lı Əfran İsmayılovla "Zirə"dən Elvin Məmmədov zədədən əziyyət çəkir. Əfran Avroliqanın "Fiorentina" ilə matçında zədə alıb və "Qəbələ" ilə oyunu buraxıb. Elvin isə Premyer Liqanın VI turunun "Sumqayıt"la matçında zədələnib. 


Prosineçkinin imtina etdiyi futbolçulardan Mahir Mədətovun zədəsi yoxdu. O, dünən "Qəbələ"yə qarşı ikinci hissədə meydanda olub. Görünür son dövrlər imkanlarından aşağı çıxış edən gənc futbolçunun durumu baş məşqçinin diqqətindən yayınmayıb.


Prosineçki ötən oyuna dəvət etmədiyi Rauf Əliyevi milliyə qaytarıb. Ötən ilin 6 sertyabrında Malta ilə baş tutan qarşılaşmada millinin heyətində olub. Bu mövsüm ideal formada olan forvard 13 aydan sonra yığmaya qayıdıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-prsinecki-kimlrdn-imtina-etdi-t53039.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR