Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda adam oğurluğunda təqsirləndirilən şəxslərin cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb

Bakıda adam oğurluğunda təqsirləndirilən şəxslərin cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb

Date: 3 October 2016 12:12

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Fuad Şükürov, Elnur Şükürov, Elman Əhmədov və Adil Lətifov barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
“Report”un xəbərinə görə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra apellyasiya şikayəti araşdırılan zaman cinayət işi hərəkətsiz saxlanılaraq, baxışdan çıxarılıb. 
Məhkəmə işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar verib.
Qeyd edək ki, hadisə Biləcəri qəsəbəsinin ərazisində baş verib. Həmin ərazidə bir qrup şəxs Bakı şəhər sakini Rüfət Camalovu döydükdən sonra onu zorla "Nissan" markalı avtomobilə oturdaraq Əhmədli qəsəbəsinin ərazisində yerləşən kafelərdən birinə aparıblar. Orada ona qarşı şərəf və ləyaqəti alçaldan hərəkətlər edib videoya çəkərək internetdə yerləşdirəcəkləri ilə hədələyib ondan 20 min manat pul tələb ediblər. Bununla bağlı daxil olan məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən Ağsu şəhər sakini E.Əhmədov, Salyan şəhər sakini F.Şükürov və E.Şükürov, həmçinin paytaxt sakini A.Lətifov tutulub.
Həmin şəxslər Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətini mənimsəmə) maddələri ilə ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Şükürov 12 il, E.Şükürov 11 il, A.Lətifovun hər birinin 10 il 6 ay və E.Əhmədovun isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib.

Tags:  Bakıda adam oğurluğunda təqsirləndirilən şəxslərin cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb

RƏYLƏR


Top news