Saakaşvili yenidən Gürcüstan prezidenti olmaq istəyir

Saakaşvili yenidən Gürcüstan prezidenti olmaq istəyir
12:22 3 Oktyabr 2016
53 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın keçmiş prezidenti, hazırda Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili ABŞ-a səfəri zamanı bildirib ki, lideri olduğu "Vahid Milli Hərəkat" partiyasının seçkilərdəki "qaçılmaz" qələbəsindən sonra ölkəyə dönəcək. 

Milli.Az azvision.az-a istinadən bildirir ki, bundan başqa, Saakaşvili vəd edib ki, hazırda Ukrayna polisinə rəhbərlik edən Xatiya Dekonoidzeni Gürcüstana yeni daxili işlər naziri gətirəcək. 

Senator Con Makkeyn ilə görüşən Saakaşvili Gürcüstanı dirçəltmək planları haqqında danışıb. 

8 oktyabr seçkisində qələbəni həll olunmuş məsələ sayan Saakaşvili "Rustavi - 2" televiziyasına açıalamasında bildirib ki, heç kimdən qisas almayacaq, diqqətini ölkənin iqtisadiyyatını və təhsilini güclənidrməyə yönəldəcək. 

Odessanın qubernatoru, həmçinin bildirib ki, kimin - Trampın, yoxsa Klintonun seçilməsindən asılı olmayaraq, ABŞ-ın yeni prezidentindən dəstək gözləyir. "Mənim hər iki namizədlə dost münasibətlərim var, müasir dünyada isə şəxsi əlaqələr böyük siyasətdə çox şeyi həll edir", - deyə Saakaşvili bildirib. 

Gürcüstanın hazırkı hakimiyyəti isə Saakaşviliyə məsləhət görüb ki, hökumətin yeni tərkibini planlaşdırmağa tələsməsin. "Əgər, doğrudan da, ölkəyə qayıdacaqsa, yaxşı olar ki, Saakaşvili indidən özünə güclü vəkil axtarsın", - deyə Gürcüstan Parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri İrakli Sesiaşvili bildirib.

O xatırladıb ki, ölkədə Saakaşvili ilə bağlı 4 cinayət işi açılıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/475454.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR