Türkiyədə terror aktı törədilib, 2 hərbçi şəhid olub, biri yaralanıb

Türkiyədə terror aktı törədilib, 2 hərbçi şəhid olub, biri yaralanıb
12:27 3 Oktyabr 2016
22 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətinin Yüksəkova rayonunun Dağlıca bölgəsində hərbçilərin keçdiyi yola terrorçu PKK qruplaşmasının döşədiyi minanın partlaması nəticəsində 2 hərbçi şəhid olub, biri yaralanıb.
"Report" "Haberturk"ə istinadən xəbər verir ki, terror aktı oktyabrın 3-də səhər saatlarında Kamışlı kəndi ərazisində törədilib.
Məlumata görə, yaralı hərbçi xəstəxanaya yerləşdirilib. Hakkarinin Ağacdibi kəndində 1 PKK terrorçusu təhlükəsizlik qüvvələrinə təslim olub. 
Bölgədə terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat başlayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiyede-terror-akti-toredilib-2-herbci-sehid-olub-biri-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR