"Röya bek-vokal oxumağı bacarmırdı" - Elnarə

"Röya bek-vokal oxumağı bacarmırdı" -  Elnarə
12:36 3 Oktyabr 2016
214 Şou
Ölkə mətbuatı
A- A+

“Bəstəkar Vaqif Gərayzadə “W-trio” qrupuna əvvəlcədən proqnoz qoymuşdu ki, iki il davam edəcəksiniz. Elə də oldu, iki ildən sonra qrup dağıldı”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Elnarə Xəlilova “Qonaq gəl bizə” verilişində deyib.

İfaçı həmkarı Röya Ayxan və Natavan Həbibi haqda danışıb:

“Biz Vaqif Gərayzadənin ilk triosu deyildik. Bizə qədər o, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Almaz Ələsgərli kimi ulduzlar estradamıza bəxş etmişdi. O, bir çox ulduzları parıldatdı. Mənə elə gəlirdi ki, bizim qrup on il davam edəcək. Qrupu ilk Röya tərk etdi ki, solo ifaya başlayacağam. Röya gedəndən sonra qrupun bütün ağırlığı mənim üstümə düşdü. Onlar arasında yeğanə musiqi savadı olan, not bilən mən idim. Qızlara bəzi şeyləri mən öyrədirdim. Vaqif müəllimin ilk tapşırığı Röyanın yerinə adam gətirmək oldu. Səidə Sultanı tapdım, iki ay onu öyrətdim. Halal xoşu olsun. Daha sonra mən getdim. Natavan Həbibi kapitan oldu, sona kimi qaldı”.

E.Xəlilova “Sizin qrupun qızları haqqında Aygün Kazımovanın bek-vokalçısı olmanız deyilir. Bu ifadəyə digər iki müğənni əsəbiləşsə də, siz normal qəbul edirsiniz” sözlərinə belə münasibət bildirib:

“Bu ifadə məni qıcıqlandırmır. Bek-vokal oxumaq fitri istedad tələb edir. Müğənni nəyisə səhv oxuyursa, onu bek-vokalçı düzəldir. Tarkan, Ebru Gündeş, Sertap Erener nə vaxtsa kiminsə bek-vokalı olublar. Hər adam bunu bacarsaydı, özü oxuyardı da, məni niyə çağırırdı? Vaqif Gərayzadənin mahnılarının 90 faizinin bek-vokalını mən və Natavan oxuyub. Röya bek-vokal oxumağı bacarmır. O konsertlərdə oxumurdu, ancaq yanımızda dayanıb, bizi güldürürdü.

Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Ağadadaş Ağayev, Brilliant Dadaşova kimi ulduzların mahnılarında bek-vokal oxumuşuq. Bu eyib deyil, bacarıqdır, istedaddır. Bu işdən utanmıram, əksinə, sevinirəm ki, musiqiçi kimi özümü təsdiq etmişəm”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58604

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR