Dünya çempionu irəlilədi, Azərbaycan mövqeyini qorudu

Dünya çempionu irəlilədi, Azərbaycan mövqeyini qorudu
12:37 3 Oktyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

Futzal üzrə DÇ-2016-nın final mərhələsinə yekun vurulduqdan sonra milli komandaların reytinq siyahısı açıqlanıb.  

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, mundialın qarşılaşmaları cədvəldə müəyyən dəyişikliklərə səbəb olub.

Planetin 10 ən güclü komandasının da xal hesabında dəyişikliklər olub. Lakin bu, yalnız iki komandanın mövqeyinə təsir edib.
 
Belə ki, tarixində ilk dəfə dünya çempionu olan Argentina millisi 4-cü pilləyə yüksəlib. Cənubi amerikalılar İtaliyanı bu mövqedən sıxışdırıb.
 
DÇ-2016-nın uğursuzları Braziliya və İspaniya isə ilk iki pillədə ki mövqeyini qoruyub. Mundialın finalçısı Rusiya da "üçlük"də qalıb.
 
Mübarizəni 1/4 finalda dayandıran Azərbaycan millisinin də mövqeyi dəyişməyib. Aktivindəki xalların sayı 1435-ə çatan komandamız planetin 10-cusudu.
 
İlk "onluq"
1. Braziliya - 1915
2. İspaniya - 1891
3. Rusiya - 1758
4. Argentina - 1706
5. İtaliya - 1630
6. İran - 1605
7. Portuqaliya - 1583
8. Ukrayna - 1471
9. Qazaxıstan - 1465
10. Azərbaycan - 1435

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR