Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məhkəmə dələduz hakimi ev dustaqlığına buraxmadı

Məhkəmə dələduz hakimi ev dustaqlığına buraxmadı

Date: 3 October 2016 12:42

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən sabiq hakim Fəxrəddin Rzayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, prosesə hakim Fikrət Qəribovun sədrlik edib.

F.Rzayevin vəkili onun barəsində olan cinayət işinə xitam verilməsi və həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün vəsatətlər qaldırıb.

Məhkəmə vəsatətləri təmin etməyib.

Hakim bildirib ki, F.Rzayev saxlanılmadan öncə 2 il axtarışda olub. Buna görə də, onun ev dustaqlığına buraxılması üçün məhkəmədə inam yoxdur.

Qeyd edək ki, Fəxrəddin Rzayev vətəndaşların etimadını qazanaraq dələduzluq əməli törədib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci ( külli miqdarda dələduzluq) maddədi ilə ittiham verilib.

Fəxrəddin Rzayev 2000-ci ilə qədər Yasamal rayon Məhkəməsində hakim olub. Sonra öz ərizəsi ilə işdən çıxıb. F. Rzayev eləcə də bir müddət Bakı Hərbi Məhkəməsində icra şöbəsinə də rəhbərlik edib.

Milli.Az


Tags:  Məhkəmə dələduz hakimi ev dustaqlığına buraxmadı

RƏYLƏR


Top news