Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Siyəzən rayonunda bir gündə iki yol qəzası baş verib 2 nəfər ölüb

Siyəzən rayonunda bir gündə iki yol qəzası baş verib 2 nəfər ölüb

Azərbaycanda yol terroru: 4 ölü, 9 yaralı (28 Mart 2017 10:29)
Türkiyədə ağır yol qəzası: 4 ölü (26 Mart 2017 10:47)
Bayram günlərində yol qəzalarında 11 nəfər ölüb (25 Mart 2017 19:17)

Tarix: 3 Oktyabr 2016 12:47

Bakı. 3 oktyabr. REPORT.AZ/ Siyəzən rayonunda bir gün ərzində iki yol-nəqliyyat hadisəsi baş verib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə oktyabrın 2-də saat 21 radələrində rayonun Gilgilçay kəndinin ərazisində qeydə alınıb. 

Belə ki, Bakı şəhər sakini Elbrus Hasilov idarə etdiyi "Nissan" markalı avtomobillə yolu keçmək istəyən Şabran şəhər sakini Güldəstə İsmayılovanı vurub. 
Nəticədə G.İsmayılova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Digər yol-nəqliyyat hadisəsi də eyni vaxtda həmin kəndin ərazisində qeydə alınıb.
Belə ki, Şabran şəhər sakini Davud Şərifovun idarə etdiyi "Samat Soren" markalı avtomobillə, Siyəzən şəhər sakini Mübariz Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub. 
Nəticədə "Samat Soren"nin sürücüsü D.Şəriufov hadisə yerində ölüb. 
Hər iki faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Teqlər:  Siyəzən rayonunda gündə iki yol qəzası baş verib nəfər ölüb



RƏYLƏR


Top xəbərlər