Müğənni Günel Zeynalova Türkiyə telekanallarının birində aparıcılıq edəcək.
Lent.az-ın məlumatına görə, ifaçı bu barədə “ATV maqazin onlarla” verilişində deyib. O bildirib ki, verilişinin ilk qonağı isə İbrahim Tatlısəs olacaq: “Aparıcılığa başlayıram. Verilişdə həm Azərbaycandan, həm də Türkiyədən tanınmış müğənnilər dəvət olunacaq. Verilişimin ilk qonağı İbrahim Tatlısəs olmalıdı. Amma indi o, verilişlərə çıxmır. İbrahim Tatlısəs olmasa, çox güman ki, ilk qonaq Sibel Can olacaq. Onunla canlı ifalar təqdim etmək istəyərdim”.