Kamilə Babayeva yeni mənzilə köçür - FOTO

Kamilə Babayeva yeni mənzilə köçür - FOTO
12:57 3 Oktyabr 2016
78 Şou
Ölkə mətbuatı
A- A+

Uzun illərdir şəhərdən kənarda yaşayan aparıcı Kamilə Babayeva yeni mənzilə köçür.
 
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda aparıcı açıqlamasında deyib. 

O bildirib ki, son günlər başı ailə işlərinə qarışıb:

"Hamı bilir ki, mən şəhərdən uzaqda yaşayıram. İndi mərkəzə köçürük, bu da vaxt tələb edir. Bu aralar ailə-məişət qayğıları vaxtımı daha çox alacaq".

K.Babayeva ATV-də yayımlanan "Belə yaxşıdır" verilişinin yayımının dayanmasından bəhs edib:

"Soy prodakşın"la müqaviləmizin müddəti 1 il idi. Müddət bitdi, işbirliyimizə son qoyduq. İndi hərəmiz öz işini davam etdirir, onlarla da münasibətimiz yaxşıdır. Yeni bir layihə planlaşdırmırıq. Gərək mənim damarıma toxunan bir layihə olsun ki, razılıq verim".

Xeyli arıqlaması ilə diqqət çəkən aparıcı formada qalmaq üçün yeyib-içdiyinə fikir verdiyini söyləyib:

"Avqustda bundan da arıq idim. Biz efir adamıyıq, formada qalmalıyıq. İndi ev xanımları belə özlərinə o qədər fikir verirlər ki... Çəkimi qaydasında saxlamaq üçün yeyib-içdiyimə fikir verirəm".

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/475480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR