Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azərbaycanın siyasəti nə qədər çox müstəqildirsə, təzyiqlər də bir o qədər çox olacaq"

"Azərbaycanın siyasəti nə qədər çox müstəqildirsə, təzyiqlər də bir o qədər çox olacaq"

Date: 3 October 2016 12:57

Azərbaycanın siyasəti nə qədər çox müstəqildirsə və xalqımızın maraqlarını əks etdirirsə, ölkəmizə qarşı təzyiqlər də bir o qədər çox olacaq. Biz buna hazır olmalıyıq.

Milli.Az bildirir kİ, bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bəzi ölkələrin "demokratiya pərdəsi" altında Azərbaycana təzyiq göstərməsinə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, belə təzyiqlərin arxasında dayanan birinci amil Azərbaycanın müstəqil olmasıdır:

"Referendumun keçirilməsinin əsas məqsədlərindən biri də məhz dünyada baş verən və baş verə biləcək yeni təhlükələr, çağırışlarla bağlıdır. O təhlükələrdən ən vacib olanı, təhlükəli məsələlərdən biri müstəqil siyasət aparan ölkələrə təzyiqlərin göstərilməsidir. Biz bunu Avropada, Yaxın Şərqdə gördük. Bu yaxınlarda isə Türkiyədə gördük".

Milli.Az


Tags:  Azərbaycanın siyasəti çox müstəqildirsə təzyiqlər çox olacaq

RƏYLƏR


Top news