Yağmursuz hava, 27 dərəcə isti – Proqnoz

Yağmursuz hava, 27 dərəcə isti – Proqnoz
12:59 3 Oktyabr 2016
79 Digər
Ölkə mətbuatı
A- A+

Oktyabrın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 13-16, gündüz 21-26, Bakıda gecə 14-16, gündüz 23-25° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək.  Gecə və səhər bəzi rayonlarda duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 14-19° isti olacaq. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255427

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR