Millimizin Finlandiya matçı üçün heyəti

Millimizin Finlandiya matçı üçün heyəti
13:07 3 Oktyabr 2016
23 İdman
Ölkə mətbuatı
A- A+

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Fanat.Az xəbər verir ki, "AVRO-2017"nin seçmə mərhələsinin Finlandiya ilə qarşılaşmasına 21 futbolçu çağırılıb.

 

Yaşar Vahabzadə oktyabrın 7-də səfərdə baş tutacaq matç üçün AZAL-dan daha çox - 4 futbolçu dəvət edib. “Qəbələ” və “Sumqayıt” U-21-də hərəyə 3 oyunçu ilə təmsil olunacaq. “Neftçi”, “İnter” və “Qarabağ”ın hərəyə 2 futbolçu ezam etdiyi yığmada “Zirə” və “Kəpəz”in bir təmsilçisi yer alacaq. 


Digər üç oyunçu isə ölkə xaricində çıxış edən futbolçulardı. Onlar Portuqaliyanın "Sportinq", Türkiyənin "Dənizlispor" və Xorvatiyanın "Duqopolye" klublarında top qovur.


Azərbaycan yığması oyuna Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı keçirərək hazırlaşacaq. 


Qapıçılar: Şahrudin Maqomedaliyev (Qarabağ), Rəşad Əzizli (AZAL), Tərlan Əhmədli (Sumqayıt).

Müdafiəçilər: Bəhlul Mustafazadə, Sadiq Quliyev (ikisi də "Qəbələ), Rahil Məmmədov (Neftçi), Tural Hümbətov, Qvanzav Maqomedov (ikisi də AZAL), Taşkın Sertan, Abbas Hüseynov (ikisi də “İnter”), Azər Salahlı, Yusif Nəbiyev (ikisi də “Sumqayıt”).

Yarımmüdafiəçilər: Fəhmin Muradbəyli (Neftçi), Vüqar Mustafayev (Zirə), Kamal Mirzəyev (AZAL), Orxan Əliyev (Kəpəz), Budaq Nəsirov (Sportinq, Portuqaliya).

Hücumçular: Mahir Mədətov (Qarabağ), Ehtiram Şahverdiyev (Qəbələ), Elnur Cəfərov (Duqopolye, Xorvatiya).


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-finlandiya-matc-ucun-heyti-t53041.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR