Gürcüstandan Azərbaycana külli miqdarda psixotrop maddələrin gətirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana külli miqdarda psixotrop maddələrin gətirilməsinin qarşısı alınıb
13:07 3 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ Gürcüstan-Azərbaycan sərhədində Gürcüstandan tarnzit kimi istifadə edərək Azərbaycana külli miqdarda psixotrop maddə gətirməyə cəhd edən şəxs - Azərbaycan vətəndaşı saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Sərhədçilər 1985-ci ildə anadan olan A.M.-i "Qırmızı körpü" sərhəd-keçid məntəqəsi ərazisində saxlayıb.
Psixotrop maddələrin böyük partiyası avtomobilin yük yerinin altındakı gizli saxlanc yerində tapılıb. Sərhədçilər ümumilikdə 8400 kapsul aşkar edib. Ekspertizanın qiymətləndirilməsinə görə, həmin partiyada 2 kq 520 qr preqabalin maddəsi olub.
İstintaq nəticəsində müəyyən edilib ki, saxlanılan şəxs Gürcüstan ərazisindən tranzit kimi istifadə edərək külli miqdarda psixotrop maddəni Azərbaycana gətirmək istəyib. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin külli miqdarda psixotrop maddələrin, onların analoqlarının və güclü təsirə malik maddələrin qanunsuz hazırlanması, əldə edilməsi, saxlanması, daşınması, eləcə də külli miqdarda psixotrop maddələrin, onların analoqlarının və güclü təsirə malik maddələrin qanunsuz yolla Gürcüstana gətirilməsi, Gürcüstandan çıxarılması və ya tranzit yolla beynəlxalq daşınması maddələri üzrə cinayət işi açılıb.
Təqsirləndirilən şəxsi 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/gurcustandan-azerbaycana-kulli-muqdarda-psixotrop-maddelerin-getirilmesinin-qarsisi-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR