Komidəki diaspora sədri: “Bizi böyük tarixi və mədəniyyəti olan bir xalq kimi qəbul edirlər”

Komidəki diaspora sədri: “Bizi böyük tarixi və mədəniyyəti olan bir xalq kimi qəbul edirlər”
13:14 3 Oktyabr 2016
30 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın ucqarlarında yerləşən, bir ucu Şimal Buzlu okeanına dirənən Komi Respublikası, Sıktıvkar, Vorkuta şəhərləri barədə çox eşitmişik: 37-ci ilin repressiyaları barədə yazılardan, araşdırmalardan. Hə, Stalinin QULAQ adlı həbs düşərgələrinin bir hissəsi də  burada yerləşirdi. Minlərlə azərbaycanlı keçmişdi bu düşərgələrdən.

 

 - Yox, bir kisə qalmayıb. Azad olunanlar elə o vaxt çıxıb gediblər vətənə. Azərbaycan icması çox sonradan formalaşıb buralarda. Onların da çoxu təyinatla bura gələnlərdir. Bir də 90-cı ilin əvvəllərindən köçüb gələnlər.

Bunu bizə Ələddin Rzayev deyir. Komidəki diaspora fəallarından biri. Keçmiş polis polkovnikidir Ələddin müəllim. Tale 70-ci illərdə onu bura Astaradan atıb. Uzun müddət hüquq-mühafizə orqanlarında çalışıb. Təqaüdə çıxsa da, yenə işsiz qalmayıb. Hazırda vəkilliklə məşğuldur.

 

Ümumiyyətlə Komidə 6 mindən çox azərbaycanlı yaşayır. Yerli Azərbaycan Milli Mədəni Muxtariyyatının sədri Akif Mikayılovuun dediyinə görə, Rusiyanın başqa regionları ilə müqayisədə Komidə azərbaycanlıların sayı az olsa da,  amma mütəşəkkildirlər.

 

- Hazırda soydaşlarımızın fəaliyyətinin koordinasiya edilməsi işinin təkmilləşdirilməsinə, soydaşlarımızın hüquq və azadlıqlarının qorunub saxlanılmasına maksimum səy göstəririk. Yaşadığımız ölkədə Həmrəylik Günü, Novruz bayramı, Qurban bayramı, Respublika Günü, Milli Qurtuluş Günü, Konstitusiya Günü və digər milli bayramlarımızla bağlı yaddaqalan tədbirlər keçiririk. Çalışırıq ki, belə təntənəli mərasimlərə azsaylı xalqların nümayəndələri də dəvət edək.  Mədəniyyət Mərkəzimizdə diaspor fəallarının iştirakı ilə 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Mart qırğını ilə bağlı geniş tədbirlər keçirilir. Belə mərasimlərdə Azərbaycan həqiqətlərindən söhbət açılır, erməni vəhşiliklərindən bəhs edən sənədli filmlər, kitab, jurnal və qəzetlər nümayiş etdirilir. Bir sözlə, çalışırıq ki, erməni təbliğatının qarşısı qətiyyətlə alınsın.

 

Akif bəy bizi qurumun ofisinə dəvət edir. Hər tərəf diplomla doludur. Deyir, yerli hakimiyyət qurumlarının təltifləridir.

 

- Biz həm də həm də xeyriyyəçiliklə məşğul oluruq. Uşaq evlərinə, kimsəsizlərə yardımlar edirik. Yerli strukturlar da biganə qalmırlar bizim fəaliyyətimizə. Ümumiyyətlə, yerli hakimiyyət qurumları ilə münasibətimiz yüksək səviyyədədir. Bizi böyük tarixi və mədəniyyəti olan bir xalq kimi qəbul edirlər. Açığı deyim, bazar imicindən də çoxdan qurtulmağın vaxtıdır. Təsadüfi deyil ki, son vaxtlar diaspora qurumuna üzv olanların əksəriyyəti cavanlardır. Onların da çoxu idmanın müxtəlif növlərinə maraq göstərir və yarışlarda fəxri kürsünün yüksək pilləsində dayanırlar. Bunlar nəzərə alınaraq gənclərdən ibarət “Neftçi” adlı futbol klubu da yaratmışdıq. Hətta  “Sever” kubokunun sahibi olmuşduq. Komidə elə bir mətbu qurum, telekanal olmadı ki, komandamızdan yazmasın. “Zirvə” mahnı və rəqs ansamblını yaratdıq. Ansamblın üzvləri milli bayramlarda maraqlı proqramla çıxış edirlər. Komidə "Qızıl nərd" yarışlarını keçiririk, 50 və 10 qramlıq qızıl zərlər qaliblərə təqdim olunur. Və maraqlısı odur ki, son zamanlar  qaliblər əksərən başqa millətlərin nümayəndələri olur. Bu da nərdə sevgidən irəli gəlir.

Çalışırıq ki, qürbətdə yaşayan həmvətənlərimiz milli-mənəvi dəyərləri, ana dilimizi, xalqımızın tarixini mükəmməl öyrənsinlər.

 

Komidə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunmasına yaxından diqqət yetirilir. Ələddin Rzayevin dediyinə görə, son vaxtlar miqrasiya ilə bağlı qanunvericilikdə bəzi dəyişikliklər olub.

 

- Mən bir hüquqşünas kimi həmyerlilərimizi qanunun aliliyinə hörmət etməyə çağırırarm. Əgər sənin bütün sənədlərin düzdürsə, işləmə iznin varsa, Rusiyada çalışmaq üçün sənə yaşıl işıq yanacaq. Keçmiş polis işçisi kimi əminliklə deyə bilərəm: indi Komidə nə reket var, nə qanuni oğru. İş adamına, işləmək istəyənə heç bir kənar müdaxilə mümkün deyil. Sadəcə, başını aşağı sal, vergini ödə və işlə qazan.

 

Ələddin müəllimin dediyinə görə, bəzən xırda cinayətlər törədən həmyerlilərimizə rast gəlmək olur.

 

- Hərdən vəkil kimi bu işlərə də çıxmalı oluram. Və hər dəfə də gənclərə başa salmağa çalışıram ki, vətəndən uzaqdasansa, yerli xalqın dilinə, dininə, mentalitetinə hörmət eləməlisən. Çoxu gec də olsa anlayır.

 

Vəfadar Abdullayev isə əslən Tovuzun Sarıtala kəndindir. Tale onu əvvəlcə Özbəkistana, sonradan uzaq Komiyə atıb. Dəmiryolçu mühəndisdir.

 

Vəfadar bəyin dediyinə görə, yerli  cəmiyyət vasitəsilə Komidə azərbaycanlıların bir araya gələ bilib.

 

- Komidə ən son yaranan diaspor təşkilatı olmağımıza baxmayaraq, bütün tədbirlərdə öndə dayanan təşkilatlardan birinə çevrilə bildik. Bundan başqa, Komidə respublika bayramları sırasına rəsmən Novruz bayramının salınmasına da nail olmuşuq.

 

Həmsöhbətimiz deyir ki, bəzən işsiz, xırda biznesdə uğur qazana bilməyən həmyerlilərimizə dəmiryolunda iş təklif edir.

 

- Düzdür, dəmiryolu ağır sahədir. Amma əlimdən gələni edirəm ki, bizimkilər pul qazan bilsin. Bəzən vaqon boşaltmaq, bu kimi ağır fiziki işlər olur. Həmvətənlərimizi axtarıram ki, gəlib işləsinlər. Gündəlik də olsa evlərinə çörək apara bilsinlər.

 

 

Bütün diaspor təşkilatlarımızda olan maddi sıxıntıları Komidəki diasporumuz da yaşayır. Maliyyə məsələlərini əsasən özləri həll edirlər. Şəxsi qazanclarıyla, bir sıra azərbaycanlı iş adamlarının köməkliyi ilə problemlərini həll etməyə çalışırlar.

 

 

Akif Mikayılovun dediyinə görə, 2005-ci ilin 18 mayında Azərbaycanlıları Milli Mədəni Cəmiyyətini yaradıldı. Cəmiyyət qısa zamanda bütün tədbirlərdə öndə dayanan təşkilatlardan birinə çevrilə bildi.

 

- 2008-ci il Komidə “Azərbaycan mədəniyyəti ili” elan etməyə nail olduq, bir çox tədbirlər keçirdik. Azərbaycandan sənət adamlarının iştirakı ilə konsertlər təşkil etdik və Komi əhalisini xalqımızın incəsənəti, mədəniyyəti ilə yaxından tanış edə bildik. Bu, tərəfimizdən atılan ilk siyasi addım idi. Həmin tədbirə səfirliyimizdən də nümayəndələr gəlmişdilər.

 

Amma bir sıra regionlarda olduğu kimi Komidə də Azərbaycan diasporu arasında təfriqə salmaq istəyənlər olub. Asif İsmayılov adlı birisi başına bir neçə nəfəri yığaraq Azərbaycan Milli Mədəni Muxtariyyat adına iddia edib. Amma Sıktıvkardan tutmuş Vorkutaya qədər azərbaycanlılar buna etiraz ediblər. İş hətta məhkəməyə belə gedib çıxıb. Sıktıvkar şəhər məhkəməsi sonda ədalətli qərar çıxarıb. Akif Mikayılovun rəhbərlik etdiyi qurumu rəsmən tanıyıb.

 

- Hələ də işimizə ziyan vurmaq istəyənlər var. Neçə dəfə xəbər göndərmişəm ki, gəlin bir yerdə olaq, biz vətəndən uzaqda yaşayırıq, aramıza təfriqə salmayın, amma bir xeyri yoxdur. Gərək həmyerlilər arasında belə hallar yaşanmaya, sadəcə təəssüf edirik.

 

 Komidə təəssüf doğuracaq bir məqam da var. Söhbət respublikanın ən böyük sənaye təsərrüfatlarından birinə rəhbərlik etmiş, keçmiş deputat Akif Sayadovun həbsidir. İki ildir istintaq Sayadovun fəaliyyətində nöqsan tapa bilmir. Amma ağır xərçəng xəstəsi olan Akif Sayadov hələ də təqsirsizliyini sübut edə bilmir. Bir neçə gündən sonra isə onun növbəti məhkəməsidir. Bu və digər məqamlar barədə sabah oxuyacaqsınız...

Səbuhi MƏMMƏDLİ

Sıktıvkar-Bakı





OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

İŞİD-nin əsas təbliğatçısı öldürüldü

31 Mart 2017 02:39

Avropa Şurası və Avropa Birliyinin qərargahları dəyişdi - FOTO

31 Mart 2017 02:32

Sabiq deputat metroda öpüşən gənclərdən danışdı:

31 Mart 2017 02:22

Əsədin getməsi ABŞ üçün artıq prioritet deyil

31 Mart 2017 02:19

Bakıda zəncirvari QƏZA: 2 ölü, 1 yaralı

31 Mart 2017 02:03

Ədalət Sarayını İŞİD partladıbmış

31 Mart 2017 01:54

"Bəşər Əsədi devirmək artıq prioritetimiz deyil" -

31 Mart 2017 01:43

Xırdalanda atışma: ölən və yaralanan var

31 Mart 2017 01:39

Dağlar fonunda dağlar - FOTO

31 Mart 2017 01:32

Tanınmış müğənni: "Tez-tez ağlayıram"

31 Mart 2017 01:29

ŞOK QİYMƏT:

31 Mart 2017 01:27

Qurban Qurbanov Volkan Dəmirəl transferinə aydınlıq gətirdi

31 Mart 2017 01:24

Bakıda 17 yaşlı qız intihar edib

31 Mart 2017 01:19

64 yaşlı maşın 70 minə satılır - FOTO/VİDEO

31 Mart 2017 01:13

Xırdalanda DƏHŞƏT:

31 Mart 2017 00:55

Xırdalanda atışma: Maskalılar iş adamını güllələdilər

31 Mart 2017 00:53

FHN-nin xilasediciləri çayda batdığı ehtimal edilən 5 yaşlı uşağı axtarırlar

31 Mart 2017 00:44

Qəbələdə ər arvadının boğazını kəsdi - FOTO/VİDEO

31 Mart 2017 00:43

Mart soyqırımından 99 il ötür

31 Mart 2017 00:27

Astroloji proqnoz - 31 mart

31 Mart 2017 00:18

Məşhur klubun adı rəsmən dəyişdi - FCSB

31 Mart 2017 00:17

Kamal Abdullanın əsəri gürcü dilində işıq üzü gördü

31 Mart 2017 00:14

"Qalatasaray" ulduz futbolçuya sərvət təklif etdi

31 Mart 2017 00:07

Elon Musk-dan 6 qızıl qayda

31 Mart 2017 00:05

Türkyədə qasırğa XƏBƏRDARLIĞI

31 Mart 2017 00:05

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

31 Mart 2017 00:05

"Hindistandan Avropaya yükləri 7 günə daşımaq olar" - Cavid Qurbanov - FOTO

31 Mart 2017 00:05

Günün qoroskopu: problemlərin öhdəsindən gələ biləcəksiniz

31 Mart 2017 00:05

Bakıda 17 yaşlı qız özünü binadan yerə atdı

30 Mart 2017 23:57

Cənubi Koreyanın sabiq prezidenti saxlanılıb

30 Mart 2017 23:56

Dünyanın ən bahalı tualetləri - FOTOLAR

30 Mart 2017 23:53

Tənəffüs yolunu 3 addımla təmizləyin

30 Mart 2017 23:52

Bu surəni oxuyan üçün mələklər istiğfar edərlər

30 Mart 2017 23:47

Hafizəni İslam təbabəti ilə necə gücləndirək?

30 Mart 2017 23:42

Ailə cinayətinin arxasından “cin” çıxdı - FOTO

30 Mart 2017 23:37

Portağal xərçəngə qarşı dərmanlardan 10 qat daha təsirlidir

30 Mart 2017 23:37

Qadınların çadra geyməsinə icazə verilməyəcək -

30 Mart 2017 23:36

"Bakıda gəzmək daha təhlükəsizdir, nəinki..."

30 Mart 2017 23:32

Elza Seyidcahandan Fikrət Qocaya cavab: "Allah bizə səbr versin"

30 Mart 2017 23:32

Məşhur duanın mötəbər mənbəyi varmı?

30 Mart 2017 23:32

“Qarabağ” “Neftçi”nin yubileyini korladı - VİDEO

30 Mart 2017 23:28

Məşhur türk aktyorları nəyə yatırım edirlər? - FOTO

30 Mart 2017 23:27

Uşağınızda bu əlamətlər varsa... – DİQQƏT, YENİ VİRUS

30 Mart 2017 23:27

Dünyanın ən bahalı telefonları - FOTO

30 Mart 2017 23:22

Təbiətin canlanmasından ala biləcəyimiz 3 dərs

30 Mart 2017 23:22

Azərbaycan millisi növbəti dəfə Moldovaya gücünü göstərdi

30 Mart 2017 23:22

Qəbələdə kişi arvadını öldürdü

30 Mart 2017 23:19

Mənəvi təkamülə nail olmaq üçün ən səmərəli yol hansıdır?

30 Mart 2017 23:17

Cənubi Koreyanın sabiq prezidenti saxlanıldı

30 Mart 2017 23:13

Spiralvari bina - FOTO

30 Mart 2017 23:12