Kimsəsiz şəxslərə tibbi yardım necə göstərilməlidir? - Həkimlər toplandı

Kimsəsiz şəxslərə tibbi yardım necə göstərilməlidir? - Həkimlər toplandı
13:17 3 Oktyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Ahıl və kimsəsiz şəxslərin hospitalizasiyası işini da daha da yaxşılaşdırmaq məqsədi ilə Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının və Birləşmiş Şəhər Xəstəxanalarının rəhbərlərinin iştirakı ilə toplantı keçirib.

Milli.Az bildirir ki, nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, toplantıda bu istiqamətdə mərhələli şəkildə həll olunacaq tədbirlər müzakirə olunmuş müvafiq qərarlar qəbul edilib. Bildirilib ki, müəyyən yaşayış yeri olmayan kimsəsiz şəxslərə görə təcili yardım xidmətinə çağırış daxil olarkən, xəstə təcili yardım tərəfindən müvafiq müayinələrdən keçirildikdən sonra profil üzrə hospitalizasiya olunur.

Diaqnozun dəqiqləşdirliməsi məqsədi ilə əlavə müayinələrə ehtiyac olduğu halda xəstə Bakı şəhərində yerləşən klinki xəstəxanalardan birinə aparılır, müayinələrdən keçirilir, ehtiyac olarsa, həmin klinikaya hospitalizasiya edilir. Klinikaya hospitalizasiya ehtiyac olmadığı halda xəstə, növbətçilik prinsipinə uyğun olaraq, 6, 7, 18, 26, 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarında birinə çatdırılır. Bu məqsədlə həmin xəstəxanalarda təcrübəli həkimlərdən ibarət növbətçilik təşkil edilir.

Qeyd olunan tibb müəssisələrində müvafiq müalicə kursu keçdikdən və vəziyyəti stabilləşdikdən sonra xəstə ərazi prinsipi gözlənilməklə, təcili yardım vasitəsilə Bakı şəhərini digər BŞX-larından birinə köçürülür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/475522.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR