Müharibə 250 heyvanı mumiyaya çevrdi - FOTO

Müharibə 250 heyvanı mumiyaya çevrdi - FOTO
13:17 3 Oktyabr 2016
59 Dünya
Ölkə mətbuatı
A- A+

Fələstinin Xan-Yunis şəhərində 2007-ci ildə çox gözəl bir zoopark açılıb.

Milli.Az publika.az-a istinadən bildirir ki, yerli biznesmen Məhəmməd Avayda bura yüz minlərlə dollar sərmayə qoyaraq zooparka "South Forest Park" adı verib.
Bura şirlər və pələnglər kimi yüzlərlə ekzotik heyvan gətirilmişdi. Heyvanat parkı üçün işıqlı gələcək gözlənilirdi. Amma 2014-cü ildə zoopark oranın sakinləri üçün əsl həbs düşərgəsinə çevrilib...

Həmin vaxt Fələstin-İsrail münaqişəsi kəskinləşib və Xan-Yunis hərbi münaqişənin mərkəzində olub. Hərçənd zooparkın özü atəş zonasından bir qədər kənarda idi. Amma oranın işçiləri aydın səbəblərdən öz xidməti vəzifələrini yerinə yetirmək vəziyyətində deyildi. Faktiki olaraq heyvanlar aclıqdan öldülər, axı onlar yedirməyə heç kəs yox idi.

Amma iki qoçaq işçi zooparka gələrək qalan ehtiyatlarla heyvanları yedirməyə çalışırdı, ehtiyatlar isə çox tez tükəndi. Heyvanlar üçün ərzağın çatdırılmasını təşkil etmək qeyri-mümkün idi. Nəticədə, zooparkın ən dözümlü işçiləri də təslim oldular və heyvanları taleyin özbaşınalığına buraxdılar.
Vəziyyət sakitləşəndən sonra işçilər geri qayıtdılar. Onları dəhşətli mənzərə gözləyirdi.

Yalnız 20 heyvan sağ qalmışdı. Demək olar ki, 250 heyvan aclıqdan ölmüşdü. Fələstinin quru və küləkli iqlimi onların bədənlərini mumiyalara çevirmişdi. Xan-Yunis zooparkı müharibənin dəhşətləri haqqında növbəti qorxunc yaddaş oldu.

Milli.Az













Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/475486.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR