Çin neft bazarının altına bomba qoyub

Çin neft bazarının altına bomba qoyub
13:27 3 Oktyabr 2016
40 Dünya
Ölkə mətbuatı
A- A+

Çin strateji neft ehtiyatlarının həcmini gizlədir və bu, neftin bahalaşmasına olan ümidləri darmadağın edə bilər.

Milli.Az virtualaz.org-a istindən bildirir ki, bu barədə "The Washington Post" qəzetinin məqaləsində deyilir. "Çin neft bazarının altına bomba qoyub" başlıqlı məqalədə deyilir ki, bu ölkənin strateji neft ehtiyatlarının həcmi ABŞ-ın neft ehtiyatlarının həcminə bərabər ola bilər. Qəzet bunu Orbital İnsight-dan əldə edilmiş informasiyalar əsasında yazır. Orbital İnsight peyk çəkilişləri və Çinin neft rezervuarlarının qapaqlarının hansı intensivliklə açılıb-bağlandığını izləməklə bu məlumatları təqdim edib.

Şirkət apardığı araşdırmaların nəticəsi olaraq açıqlayıb ki, Çinin neft rezervuarlarının həcmi indiyədək qəbul edilmiş ümumi ölçülərdən bir neçə dəfə çoxdur. Belə ki, şirkət Çində neft saxlamaq üçün 2100 rezervuar müəyyən edib, hərçənd ki, indiyədək TankTerminals.com məlumat bazasında Çində cəmi 500 neft anbarı olduğu göstərilirdi. Bununla belə Orbital İnsight şirkətinin analitikləri qeyd edirlər ki, Çində hələ yeraltı neft rezervuarları da ola bilər.

Şirkətin hesablamalarına görə Çinin neft ehtiyatları bu ilin mayında 600 milyon barel olub, hansı ki, həmin vaxt Çinin rəsmi "Sinxua" agentliyi ölkədə 287 milyon barel neft ehtiyatının olduğunu açıqlamışdı. Bu da 36 günlük neft idxalı deməkdir. ABŞ-ın kommersiya neft ehtiyatları isə 150 günlük ixrac həcmi qədərdir, Birləşmiş Ştatların Energetik Nazirliyi nəzdindəki energetika informasiya İdarəsi EİA-nın məlumatına görə ölkədə 522 milyon barel neft ehtiyatı var.

Qəzet yazır ki, Çinin neft ehtiyatlarının real həcmi neft bazarındakı vəziyyətə təsir edə bilər.Məntiq bundan ibarətdir ki, əgər Çinin ehtiyatları rəsmən açıqlanandan çox olsa bu, bazarda tələb və təklif arasındakı münasibətləri dəyişəcək. Məlum olacaq ki, son vaxtlar bazarda tələbatın artması artan istehlak həcmi ilə bağlı deyil, strateji planlaşdırma ilə bağlıdır. Nəticədə OPEC-in son vaxtlar neftin qiymətini stimullaşdırmaq üçün göstərdiyi səylər heçə enə bilər. Xəbər verildiyi kimi OPEC ölkələri hasilatı məhdudlaşdırmaq barədə şifahi razılaşma əldə ediblər və bu, neftin qiymətində nisbi artıma səbəb olub. Hazırda bir barrel "Brent" nefti 50 dollardan yuxarıdır.

Amerikanın "S&P Dow Jones Indices" mərkəzinin analitikləri qeyd edirlər ki, Çin idxal etdiyi neftin əsas hissəsini rezervuarlara doldurur və bu rezervuarların həcmi heç kimə məlum deyil. Ona görə də Çin özünə lazım olan anda rezervlərin həcmini açıqlamaqla neftin qiymətinin kəskin enməsinə səbəb ola bilər. İndiyə qədər neft bazarındakı vəziyyətə ABŞ-ın ehtiyatlarının həcmi barədə informasiyalar təsir edirdi. Əgər ehtiyatlar artırdısa qiymət aşağı düşürdü, azalanda isə neft bahalaşırdı.

Lakin rusiyalı analitiklər Çinin ehtiyatlarının bazara ciddi təsir edəcəyinə şübhə ilə yanaşırlar. Milli energetika təhlükəsizliyi Fondunun analitiki Aleksandr Paseçnik "Svobodnaya pressa"ya deyib ki, Çində neft rezervuarlarının nəzərdə tutulandan çox olması hələ onların hamısının dolu olması mənasını vermir. Bu anbarlar, boş, yaxud yarı boş da ola bilər. Digər tərəfdən Çində ehtiyatların elan olunandan bir neçə dəfə çox olması təsdiqlənsə belə hasilatçı ölkələrin hasilatı bir qədər azaltması bu amilin üzərindən xətt çəkəcək. Çünki Çinin ehtiyatlarının təxmin olunan həcmi belə tələbatı uzağı bir neçə ay ödəməyə bəs edər.

Milli Energetika İnstitutunun baş direktoru Sergey Pravosudov isə hesab edir ki, Orbital İnsight şirkətinin məlumatları son vaxtlar Amerikanın nə yolla olursa olsun, neftin qiymətini "vurmaq" səylərinin bir hissəsi kimi görünür. Onun sözlərnə görə, Amerika şirkətlərinin və əsas maliyyə investorlarının bütün səyləri ona yönəlib ki, neft yenidən bahalaşmasın. Məsələn, bu günlərdə nüfuzlu Goldman Sachs" bildirdi ki, əgər Nigeriyada və Liviyada siyasi vəziyyət sabitləşsə bu, neftin kəskin ucuzlaşmasına səbəb olacaq. Əslində isə Yaxın Şərqdəki vəziyyət münaqişələrin neft hasilatı rayonlarına yayılması riskinin olduğunu göstərir, bu isə hasilatın azalmasına səbəb ola bilər.

Milli.Az




RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Qədimdən gələn ənənə – Hədik mərasimi - VİDEO

26 Aprel 2017 04:03

Erməni rus əsgərə 8 bıçaq zərbəsi endiribmiş

26 Aprel 2017 03:59

Yasamal qəbiristanlığında gənc oğlan bıçaqlanıb

26 Aprel 2017 03:57

Dükanların sulu boyalı rəsmlərir - FOTO

26 Aprel 2017 03:32

Donald Tramp rekord qırdı -

26 Aprel 2017 03:32

Kəpənəklər sayəsində zibilliklər təmizlənə bilər

26 Aprel 2017 03:18

Fransada terakt hazırlayan daha 5 şəxs tutuldu

26 Aprel 2017 03:14

Baş nazir "terrorizm" sözüylə "turizm" sözünü səhv saldı

26 Aprel 2017 03:03

Tramp ABŞ-ın Məxfi Xidmətinə yeni rəhbər təyin edib

26 Aprel 2017 02:57

Britaniyanın baş naziri "terrorizm"lə "turizm"i səhv salıb

26 Aprel 2017 02:52

Avtobus maralla toqquşdu, 15 yaralı

26 Aprel 2017 02:49

Bakıda mənzildən meyit tapıldı

26 Aprel 2017 02:43

Dalğavari damlı ev - FOTO

26 Aprel 2017 02:32

Rəcəb Tayyib Ərdoğan:

26 Aprel 2017 02:25

Ərdoğan: “Türkiyə Aİ-yə üzvlüklə bağlı mövqeyini dəyişə bilər”

26 Aprel 2017 02:18

Ərdoğandan Aİ-yə xəbərdarlıq

26 Aprel 2017 02:14

Azərbaycanda oğurlanıb zorlanan müəllimə iş veriləcək

26 Aprel 2017 01:45

ABŞ-da məktəbli avtobusu qəzaya uğrayıb, 15 nəfər yaralanıb

26 Aprel 2017 01:42

DGK məlumat yaydı

26 Aprel 2017 01:33

Naxışlı mətbəx əşyaları - FOTO

26 Aprel 2017 01:32

Premyer Liqa:

26 Aprel 2017 01:27

Soydaşlarımız Moskvada ağacəkmə aksiyası keçirdi

26 Aprel 2017 01:24

İraqda 260 min dinc sakin İŞİD-in əsirliyindən xilas edilib

26 Aprel 2017 01:22

Ən qısa müddətdə ABŞ-Meksika sərhədi hasarlanacaq -

26 Aprel 2017 01:16

Tullantı taxta parçalarından görün nə yaratdı - FOTOLAR

26 Aprel 2017 01:13

Tramp: "Meksika sərhədində divar tezliklə tikiləcək"

26 Aprel 2017 00:59

Boliviyada qolkiper öz qapısından rəqib komandaya qol vurub

26 Aprel 2017 00:57

DƏHŞƏTLİ KADR: Yeni doğulan körpəni küçəyə atıb qaçdı - VİDEO

26 Aprel 2017 00:53

Sankt-Peterburq terrorunun təşkilatçıları

26 Aprel 2017 00:46

“İçerde” sevənlərə üzücü xəbər

26 Aprel 2017 00:43

76 yaşlı kişidən İNANILMAZ FİTNES SİRLƏRİ - FOTO/VİDEO

26 Aprel 2017 00:38

Trampdan YENİ TƏYİNAT

26 Aprel 2017 00:33

Suriayda xəstəxanaya hücum edilib -

26 Aprel 2017 00:30

"Kreml Əsədə qarşı mövqeyini dəyişib"

26 Aprel 2017 00:29

Röya yataqda, pijama ilə...

26 Aprel 2017 00:22

Donald Tramp:

26 Aprel 2017 00:13

Azərbaycanda oğurlanıb zorlanan müəllimə iş veriləcək

26 Aprel 2017 00:05

Hər kim dünyanı dinə və dini dünyaya görə tərk edərsə, İslam yolunda olmaz

26 Aprel 2017 00:05

Şəbnəm Tovuzlunun ərinin görüntüləri - FOTO

26 Aprel 2017 00:05

Çimərlikdə pozalar verdi - FOTO

26 Aprel 2017 00:05

Günün qoroskopu: planlarınızı kimsə ilə bölüşməyin

26 Aprel 2017 00:05

Kişilərin seksdən sonra yatma səbəbləri...

26 Aprel 2017 00:05

Astroloji proqnoz - 26 aprel

26 Aprel 2017 00:03

Kiyevdə Azərbaycan-Ukrayna münasibətləri barədə elmi toplu çapdan çıxıb

26 Aprel 2017 00:02

Azərbaycanda doğuş zamanı daha bir faciə

25 Aprel 2017 23:57

Rusiyadan rublla bağlı QƏRAR

25 Aprel 2017 23:53

Atasının imtina etdiyi Fransa prezidentliyinə namizəd – Marin Le Penin qalmaqallı HƏYAT YOLU

25 Aprel 2017 23:52

Böyük Britaniya Rusiyaya nüvə zərbəsi endirə bilər

25 Aprel 2017 23:52

Niyə İmamların (ə) nəsli Peyğəmbərdən aparılır?

25 Aprel 2017 23:52

Paytaxtda mənzildə kişi meyiti tapıldı

25 Aprel 2017 23:49