Elnur: "Polis bizi Bakıda parkdan qovdu" - MÜSAHİBƏ

Elnur: "Polis bizi Bakıda parkdan qovdu" - MÜSAHİBƏ
13:27 3 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakıda parkdan kişi meyiti tapıldı (17 Aprel 2017 09:05)
Mədət Quliyev Elnur Məmmədliyə vəzifə verdi (03 Aprel 2017 13:38)
Bakıda qızıl oğruları tutuldu (01 Aprel 2017 17:12)

Milli.Az "O səs Türkiyə" müsabiqəsinin qalibi Elnur Hüseynovun "buro247.az"a müsahibəsini təqdim edir:

- Dünyanın ən sehrli şəhərlərindən birində həyat sizin üçün necədir? Yoxsa siz artıq köçmələrə öyrəşmisiniz? 

- Yeni şəhər və ya şəhərə köçərkən, mən cəmiyyətə maksimum qarışmağa çalışıram. Onların mədəniyyətini öyrənməyə, dillərində danışmağa çalışıram. Bu halda səni daha asanlıqla qəbul edirlər və uyğunlaşma daha yaxşı keçir. Türkiyə mənim xoşuma gəldi. Türklər bizə oxşayırlar və mədəniyyətimizi çox sevirlər. Əlbəttə ki, ailəm, dostlarım və yaxınlarımdan ötrü darıxıram. Ancaq mənim üçün yeni üfüqlər açmaq istəyi həmişə məkan dəyişikliyi ilə də bağlıdır. İstanbul, həqiqətən də, çoxmillətli şəhərdir və hər kəsə axtardığını tapmağa imkan verir. Bu şəhərdə özümü çox rahat hiss edirəm.

- Türkiyə ictimaiyyəti ilə çalışmaq çətindirmi? 

- Türkiyə ictimaiyyəti kifayət qədər avropalaşmışdır və yeni olan bir şey eşitməyə hazırdır. Onlarda bizimlə müqayisədə toy bazarı daha az üstünlük təşkil edir, daha çox festivallar keçirilir. Ancaq onlar azərbaycanlıların musiqi duyumuna həmişə heyrandır.

- Yaradıcılıq mətbəxində hazırda nə baş verir? Hansı layihələr gözlənilir?

- Yaxın dostum İsfar Sarabski ilə birgə sinql üzərində çalışırıq. Kompozisiya hazırdır, video çəkilib, hazırda isə müqaviləm olduğu şirkət tərəfindən son danışıqlar aparılır. Ümid edirəm ki, bir ay ərzində biz öz işimizi təqdim edəcəyik və bu təqdimat mütləq Bakıda da baş tutacaq. Yaxın zamanlarda albom yazdırmağa başlasam, bu, türk kaverlərindən ibarət plastinka olacaq.

- Müasir cəmiyyət parlaq şou, qalmaqal və epataj istəyir, belə bir fikir var ki, bunsuz hətta ən istedadlılar belə qabağa gedə bilmirlər. Bu, həqiqətən belədir, yoxsa sadəcə çıxıb oxumaq olar?

- Faizlə baxsaq, cəmiyyətin böyük əksəriyyəti, 80%-i ilk növbədə şou istəyir, peşəkarlardan ibarət 20% isə hər şeyi daha dərindən qəbul edir. Ancaq belə bir tendensiya da var ki, həmin 80% azlıqda olanlara oxşamağa çalışır. Düşünürəm ki, məhz bunu əsas tutmaq lazımdır.

- Bəs tənqid sizi həvəsləndirirmi?

- Əvvəllər tənqidi qəbul etmirdim. Bu gün tənqidə maraqla qulaq asıram, ancaq bir şərtlə ki, tənqid edən şəxs öz tövsiyələrinə özü əməl edir. Musiqi sahəsində tənqidlərə gəlincə, mənə hər kəsin fikri maraqlıdır, öz mahnılarımı qulaq asmağa verirəm və reaksiyanı müşahidə edirəm. Tənqid inkişaf etməyə imkan verir. Əsas odur ki, insan onu konkret anda eşitməyə hazır olsun. Mən daima öz "eqom" üzərində çalışıram. Doğrudur, balansı saxlamaq lazımdır. Özünə qiyməti həddindən artıq qaldırmaq və ya endirmək olmaz.

- Sizin üçün mütləq uğur nədir? Özünüz üçün hansı "planka"nı qoyursunuz? 

- Mən heç vaxt super ulduz olmaq istəməmişəm. Tanınmaq və mükafatlar arxasınca qaçmıram, öz şəxsim ətrafında artıq səs-küy sevmirəm, hətta belə olanda narahatlıq keçirirəm. Şübhəsiz ki, izləyicilərin diqqəti və sevgisi mənə xoşdur. Ancaq əvvəllər ilk növbədə qazanc əldə etməyə hədəflənmişdimsə, indi daha çox mənə həqiqətən maraqlı olan, xoşuma gələn şeylərlə məşğul olmaq istəyirəm.

- Məsələn?

- Biz dayanmadan dairə ətrafında fırlanırıq və daha çox pul qazanmağa çalışırıq. Əslində isə həqiqətən vacib olan şeylərin çoxu bizim diqqətimizdən kənarda qalır. Şəxsən mən öz şəhərim üçün çox şey etmək istəyərdim. Bakıda xeyriyyə konsertləri keçirmək planlarım var. Açıq havada səslənən, hamı üçün əlçatan olan musiqinin daha çox olmasını istəyərdim. Məsələn, açıq havada klassik musiqi ifa edən orkestr şəhərə canlılıq verə, gənclərə lazımi musiqi zövqü təlqin edə bilər. Mən məmnuniyyətlə belə bir çıxış edərdim.

Məsələ burasındadır ki, insanlara müəyyən dəyərləri təlqin etmək lazımdır. Məsələn, onlarda davranış mədəniyyəti tərbiyə etmək olar. Bu yaxınlarda dostlarımla Qubernator bağında istirahət edərkən, kiçik piknik etmək qərarı verdik. Hava gözəl idi və biz otun üstündə oturduq, bu isə polisin narazılığına səbəb oldu. O, saymazcasına bizi qovmağa başladı və çox adi bir şeyi - otun üstündə otumağı, özümüzü təbiətə daha yaxın hiss etməyi qadağan etdi. Nəticədə biz öyrəndik ki, əslində belə bir qadağa yoxdur və bunu etmək bizim qanuni hüququmuzdur, ancaq o bizim əhval-ruhiyyəmizi korlaya bildi.

Sivil cəmiyyətin daha bir vacib kriteriyası da heyvanlara layiqli münasibətdir. Türkiyədə heyvanlara qulluq üzrə dəqiq müəyyən edilmiş sistem (çip qoymaq sistemi) müşahidə edirəm. Strelizə edilmiş, aşılanmış, yedizdirilmiş, çipli heyvan ətrafdakılara narahat vermir və dövlətin müdafiə altında olur. Bu məsələ ilə bağlı rəsmi məktub da yazmışam.

Heyvanlara qayğı təbiidir, çünki biz onlarla eyni planetdə yaşayırıq. Bu problem məni həmişə maraqlandırıb, ancaq bugün mənim çoxdan arzuladığım şeyi - evsiz heyvanlar üçün sığınacaq açmağı həyata keçirmək imkanım var. Mən torpaq sahəsi almışam və orada "CandorSchool"un əsasını qoymuşam. Burada 15 itin yaşadığı yay volyeri var, ancaq qarşıda bizi böyük iş gözləyir. Yaxşı ki, İdman və Gənclər Nazirliyi bizə sahəyə su çəkməyə kömək etdi, ancaq hələ qış volyerləri tikmək lazımdır, böyük miqdarda yemə ehtiyac var. Əlbəttə ki, bütün bunlara vəsait də lazımdır.

- İnsanlar bu sığınacağa konkret olaraq necə kömək edə bilərlər? 

Hazırda Bank Respublikada hesab aktivdir, onun köməyilə pul köçürməsi etmək mümkündür. Ödənişi "MilliÖn" aparatı vasitəsilə, eləcə də "hesab.az"da onlayn şəkildə etmək olar. Ümid edirəm ki, bizdə hər şey alınacaq.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Yusif Şahed iki naziri istefaya göndərib

01 May 2017 08:27

Yaponiyanın Hokkaydo adasında 6 bala yaxın zəlzələ olub

01 May 2017 08:27

11 nəfər liftdə köməksiz vəziyyətdə qalıb

01 May 2017 08:17

Gəncədə yanğın olub

01 May 2017 08:12

Köpək balığı qadına hücum edib

01 May 2017 08:05

Hollivudun “sirli mələyi” - FOTOLAR

01 May 2017 08:03

Ağ cins şalvarı belə köynəklə geyinin - FOTO

01 May 2017 07:52

Tələbələr təhsil haqlarını elektron qaydada ödəyə biləcəklər

01 May 2017 07:50

Fotolarda gözəl görünmək istəyirsinizsə... - ÜSULLARI

01 May 2017 07:42

Göyün 7-ci qatında buludlar körpüsü - İNANILMAZ FOTOLAR

01 May 2017 07:37

Saçlarınızı belə rəngə boyayarsınız? - FOTO

01 May 2017 07:32

Ucarda yanğınla nəticələnən qəza baş verib

01 May 2017 07:29

Xanımlar bu ayaqqabılara heyran qalacaq - FOTO

01 May 2017 07:22

Avropa ilə münasibətlər gərginləşəcək, Amerika isə...

01 May 2017 07:17

Sağlam qidalanmadığınızı bəlli edən əlamətlər

01 May 2017 07:13

Gələcəyin ölkəsi: 7 əsas FAKT - FOTO

01 May 2017 07:12

Göbəyi havaya vermək, Nadirin Zaura 1700 "atmağı", Elzanın boğazından öpdüyü oğlan, Cenniferin yatağı - HƏFTƏBECƏR

01 May 2017 07:05

Ucarda yol qəzası yanğınla nəticələndi

01 May 2017 07:04

Azərbaycan şahmatçıları dünya çempionatında 4 medal qazanıb

01 May 2017 07:02

"Futbolçular heç ayaqyoluna da gedə bilmir"

01 May 2017 06:37

Çikaqoda Azәrbaycanın strateji әhәmiyyәti vurğulanıb (FOTO)

01 May 2017 06:36

Viktoriya Bekhemin yeni FOTOları

01 May 2017 06:32

Tramp baş nazirləri Ağ Evə dəvət etdi

01 May 2017 06:23

Qlamur Nina - FOTO

01 May 2017 05:32

Köpək balığı qadına hücum etdi

01 May 2017 05:23

20-dən çox silahlı məhv edilib

01 May 2017 05:22

İki nazir istefaya göndərilib

01 May 2017 05:08

Kara yeni çanta reklamında - FOTO

01 May 2017 04:32

ABŞ-da güclü qasırğa: 7 ölü

01 May 2017 04:28

Bərdədə ev yandı

01 May 2017 03:54

ABŞ-da məktəb avtobusu yük maşını ilə toqquşdu - 2 ölü, 17 yaralı

01 May 2017 03:49

Məşhurlar neçə yaşında ana olub?

01 May 2017 03:49

Məşhur aktyor jurnal səhifələrində - FOTO

01 May 2017 03:32

11 nəfər liftdə köməksiz vəziyyətdə qalıb

01 May 2017 03:29

Aralıq dənizində 5 miqrantın meyiti tapıldı

01 May 2017 02:33

Qardaşını itirmiş adam üçün təskinlik - FOTO

01 May 2017 02:32

Gəncədə yanğın olub

01 May 2017 02:22

Əfqanıstanda 40-dan çox silahlı zərərsizləşdirilib

01 May 2017 02:17

Milyon insandan biri bu özəlliklə doğulur

01 May 2017 02:17

İrqçi təhqirlərə dözə bilməyən futbolçu meydanı tərk etdi

01 May 2017 02:09

Roma papası: "ABŞ və KXDR arasında hərbi münaqişə bəşəriyyətin böyük hissəsini məhv edəcək"

01 May 2017 02:02

ABŞ-da güclü qasırğa - 7 ölü

01 May 2017 01:54

"Formula-1" üzrə Soçi Qran-Prisinə yekun vuruldu

01 May 2017 01:48

Vladimir Putin Soçidə xokkey məşqi edib

01 May 2017 01:32

Şedevrli çantalar - FOTO

01 May 2017 01:32

Gəncədə yanğın oldu

01 May 2017 01:29

Goranboyda yol qəzası - Xəsarət alan var

01 May 2017 01:13

Köpək balığı qadına hücum edib

01 May 2017 01:08

Futbolçu Muntari İtaliya çempionatının oyunu zamanı irqçi şüarlara görə meydanı tərk edib

01 May 2017 01:07

Kriştian Ronaldonun adını ayağına tatu elətdirdi

01 May 2017 01:06