"Taliban" yenidən Kunduz şəhərini ələ keçirdi

"Taliban" yenidən Kunduz şəhərini ələ keçirdi
13:32 3 Oktyabr 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

"Taliban" yaraqlıları Əfqanıstanın şimalında yerləşən Kunduz əyalətində hücuma keçib.

Milli.Az virtualaz-a istinadən bildirir ki, yaraqlılar artıq dünən gecə saatlarında əyalətin eyniadlı şəhərinin nəzarətini ələ keçirib.

Yerli polis nümayəndəsinin sözlərinə görə, Kunduz şəhərində döyüşlər indiyə qədər davam edir. Şəhər boşaldılıb, küçələrdə heç kim yoxdur və bütün mağazalar bağlanılıb.

"Taliban", həmçinin Kunduz yaxınlığında yerləşən Navabad kəndini ələ keçirdikləri barədə məlumat yayıb.

Xatırladaq ki, "Taliban" silahlıları ötən il artıq Kunduzu ələ keçirmişdi, amma cəmi 2 gün sonra hökumət qüvvələri tərəfindən sıxışdırılaraq əyalətdən çıxarılmışdılar.

Qeyd edək ki, bu gün səhər eyni zamanda Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/475490.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR