Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Paytaxtda narkotik alverçisi ələ keçdi - FOTO

Paytaxtda narkotik alverçisi ələ keçdi - FOTO

Date: 3 October 2016 13:32

Bakı şəhərində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Cəlilabad rayon sakini Toğrul Əskərov saxlanılıb.

Milli.Az report-a istinadən bildirir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BCMİ) əməkdaşları onun paytaxtda kirayə yaşadığı mənzilə baxış keçirərkən ümumi çəkisi 3,5 kq olan tiryək aşkar edərək götürüb. 

T.Əskərov istintaqa verdiyi ilkin ifadəsi zamanı tiryəki 12 500 manata satmaq niyyəti ilə Bakı şəhərinə gətirdiyini bildirib. 

Faktla bağlı İdarənin İstintaq şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az





Tags:  Paytaxtda narkotik alverçisi ələ keçdi FOTO

RƏYLƏR


Top news