Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"O, yaralı idi, qaçmaq üçün əl-qol atırdı" - "Nardaran işi" ilə bağlı MƏHKƏMƏ

"O, yaralı idi, qaçmaq üçün əl-qol atırdı" - "Nardaran işi" ilə bağlı MƏHKƏMƏ

Nardaran sakini Polis Bölməsinə tüfənglə getdi (20 Mart 2017 13:05)
“Nardaran işi”: Zalda səs-küy saldılar, proses təxirə düşdü (13 Mart 2017 16:58)
Nardaran sakini qumbara ilə polis bölməsinə getdi (09 Mart 2017 16:04)

Tarix: 3 Oktyabr 2016 13:37

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə Nardaran hadisələrinə görə həbs edilən "Müsəlman birliyi" adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, prosesdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Firuz Mehdiyev təqsirləndirilən şəxslər və onların vəkillərinin suallarını cavablandırarkən bildirib ki, hadisə zamanı təqsirləndirilən şəxslərdən Əbülfəz Bünyatovu zərərsizləşdirib: "O, yaralı idi, qaçmaq üçün əl-qol atırdı. Orada qadın və uşaq görməmişəm".

Proses davam etdiriləcək.

Qeyd edək ki, T.Bağırov və təşkilatın digər üzvləri Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Həmin şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.

F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Milli.Az


Teqlər:  yaralı idi qaçmaq əl-qol atırdı Nardaran işi bağlı MƏHKƏMƏ



RƏYLƏR


Top xəbərlər