Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda boşanma və selektiv abortlarla bağlı durum necədir?

Azərbaycanda boşanma və selektiv abortlarla bağlı durum necədir?

Date: 3 October 2016 13:52

Azərbaycanda boşanma və selektiv abortlarla bağlı vəziyyətin öyrənilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) boşanma və selektiv abortlarla bağlı sorğular keçirir.

Milli.Az bildirir ki, komitədən Trend-ə verilən məlumata görə, Azərbaycanda boşanma və selektiv abortların baş vermə səbəblərini, bu məsələlərdən yaranan nəticələri araşdırmaq və təhlillər aparmaq, insanların bunlara olan münasibətlərini öyrənmək məqsədilə AQUPDK tərəfindən boşanmalar və selektiv abortlarla bağlı sorğu anketləri hazırlanıb. Sorğunun nəticələrinə əsasən, bu problemlər cavablara uyğun olaraq öyrəniləcək və müvafiq istiqamətlər üzrə tədbirlər görüləcək.

Sorğuda müxtəlif yaş təbəqəsindən olan vətəndaşlar iştirak edə bilərlər. Sorğunu cavablandırmaq üçün Komitənin rəsmi saytında "Sorğuda iştirak edin" (ttp://scfwca.gov.az/?page_id=14666, https://docs.google.com/forms/d/e/1FAIpQLSeDDr6KbnPNwckpne5xyyW3qJbM7KRNiGPH2U-bLufJGsqU4g/viewform, https://docs.google.com/forms, /d/e/1FAIpQLSd3mu2yBkc_cNB5vkv48QQs8xZKSsRYt8qQRBIVzwQqqy2jnw/viewform, https://www.facebook.com/AilQadinVUsaqProblemlriUzrDovltKomitsi/)

Milli.Az


Tags:  Azərbaycanda boşanma selektiv abortlarla bağlı durum necədir

RƏYLƏR


Top news