Ermənistanın yeni müdafiə naziri təyin olunub

Ermənistanın yeni müdafiə naziri təyin olunub
13:52 3 Oktyabr 2016
110 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ / Ermənistan prezidenti Serj Sarqsyanın əmri ilə Viqen Sarkisyan Ermənistan prezidenti Aparatının rəhbəri vəzifəsindən azad olunub .
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistan dövlət başçısının mətbuat xidmətindən bildiriblər. 
Digər əmrlə Viqen Sarkisyan müdafiə naziri vəzifəsinə təyin olunub.
Bununla yanaşı, Ermənistan prezidentinin əmrilə Armen Gevorkyan Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad olunub və  Ermənistan prezidenti Aparatının rəhbəri vəzifəsinə təyin olunub.
Yuri Xaçaturov Ermənistan Silahlı qüvvələri Baş qərargah rəisi vəzifəsindən azad olunaraq  Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunub.  Ermənistan Silahlı qüvvələri Baş qərargah rəisi vəzifəsinə əvvəllər rəis müavini olan Movses Akopyan təyin olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/region/ermenistanin-yeni-mudafie-naziri-teyin-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR