"Barselona"nın hücumçusu Lionel Messi reabilitasiya prosesinin ikinci fazasına başlayıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı futbolçunun məqsədi oktyabrın 19-da "Mançester Siti" ilə keçiriləcək Çempionlar Liqası matçına kimi hazır olmaqdır. Fizioterapevtlə intensiv işdən sonra ulduz futbolçu oktyabrın 3-dən yüngül qaçışlara başlayıb.
Messi "Atletiko" ilə 5-ci turda keçirilmiş oyunda zədələnmişdi. İspan mediasının məlumatına görə o, oktyabrın 15-də "Deportivo" ilə görüşdə 30 dəqiqə meydanda ola bilər.
Milli.Az