"AMEA-da artıq ştat vahidi yoxdur"

"AMEA-da artıq ştat vahidi yoxdur"
14:05 3 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) artıq ştat vahidi yoxdur.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə AMEA-da şişirdilmiş ştat vahidlərinin olub-olmamasına münasibət bildirərkən deyib.

A.Əlizadə qeyd edib ki, AMEA-nın institutlarında və elmi müəssisələrində ştat vahidlərinin şişirdilməsinin qarşısının alınması üçün işlər davam etdirilir: "İxtisarlar edilir. Hazırda AMEA-da artıq ştatımız yoxdur. Bu istiqamətdə işlər davam etdirilir".

A.Əlizadə AMEA nəzdində lisey və ya universitetin yaradılması üçün işlər aparmağa hazırlaşdıqlarını da söyləyib: "Hələlik AMEA nəzdində universitet, yoxsa liseyin yaradılacağını, bunlardan hansının seçiləcəyini deyə bilmərəm. Çünki bunun üçün müzakirələr aparmalıyıq. Bu, hələ niyyətdir. Niyyətin nə zaman reallaşacağını, universitet və ya liseyin hansı yönümlü olacağı hələ məlum deyil".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/475546.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR