Bu da Apple-in 5 milyardlıq ofisi - VİDEO - FOTO

Bu da Apple-in 5 milyardlıq ofisi - VİDEO - FOTO
14:05 3 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Apple korporasiyasının Kupertino şəhərindəki futuristik kampusunun inşası başa çatmaqdadır. Korporasiya, eyni zamanda, "Apple Campus 2" ofis kompleksinin inşası ilə məşğuldur.

Milli.Az ABC-yə istinadən bildirir ki, videobloqer Mettyu Rorberts Apple korporasiyasının yeni mənzil-qərargahının inşasının aerovidoeçəkiliş kadrlarını yayıb.

Tikinti başa çatandan sonra Apple-in yeni ofisi yaşıllıqlar arasına enmiş nəhəng kosmik diskə bənzəyəcək.

Video "DJI Phantom 3 Professional" dronu vasitəsilə çəkilib.

Kupertinodakı kompleks gözəl olmaqla yanaşı, funksionaldır. 5 milyard dollar dəyərindəki layihədə tədqiqat və araşdırma mərkəzi də var. Binalar "Apple Campus 2"nin həlqəsi ilə tunellər vasitəsilə birləşəcək.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/475397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR