"Qarabağ"ı durduran tapıldı

"Qarabağ"ı durduran tapıldı
14:07 3 Oktyabr 2016
32 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ”ın qol seriyası qırılıb. Fanat.Az xəbər verir ki, cari mövsüm keçirdiyi bütün qarşılaşmalarda qol sevinci yaşayan Qurban Qurbanovun yetirmələri Topaz Premyer Liqasının VII turunun “Qəbələ” ilə səfər matçında rəqib qapısına yol tapa bilməyib – 0:2.


Mövsümün ilk 6 görüşündə meydandan qolsuz ayrılmayan Ağdam klubu ötən çempionatın son 17 qarşılaşmasında da rəqib qapıçıları məyus etmişdi. Son 23 çempionat oyununda bu seriyasını davam etdirən “Qarabağ” 2016-cı ildə yalnız 1 dəfə fərqlənməmişdi. Bu, ilin ilk görüşünə təsadüf etmişdi. Yanvarın 31-də səfərdə AZAL-a 0:1 hesabı ilə uduzan “ağ-göylər” 245 gündən sonra qolsuz qalıb.


Bu seriya ölkə çempionatları tarixində 5-ci nəticənin təkrarıdır. 1999-2000-ci illərdə “Kəpəz” də ardıcıl 23 qol vurmuşdu. Ən uzun 4 seriya isə “Turan” (33), “Şəmkir” (28), “Kəpəz” və “Neftçi”yə (hər ikisi 25) məxsusdur. (pfl.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquot-durduran-tapld-t53043.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR