Bakı. 3 oktyabr. REPORT.AZ/ "Toyota Motor" şirkəti Yaponiyada uşaqsız qadınlar üçün nəzərdə tutulmuş uşaq-robot yaratdığını elan edib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, robota Kirobo Mini adı verilib.
"Toyota"nın yeni ixtirası inkişaf etmiş ölkələr arasında əhalinın yaşlanması baxımından dünyada lider olan Yaponiyada mənfi demoqrafik tendensiyanın təsirini azaltmaq üçün nəzərdə tutulub.
Məlumata görə, "Toyota" Kirobo Mininin satışına Yaponiyada gələn ildən başlamağı planlaşdırır. Bir robotun qiyməti 39800 yen (392 dollar) olacaq.