Bakıda avtomobil MƏMURU VURDU: sürücü qaçdı

Bakıda avtomobil MƏMURU VURDU: sürücü qaçdı
14:17 3 Oktyabr 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Keçən həftə avtomobil tərəfindən vurulan piyadanın vəzifəli şəxs olduğu məlum olub.

Milli.Az report-a istinadən bildirir ki, avtomobillə vurularaq xəstəxanaya yerləşdirilən Bakı şəhər sakini Feliks Bayramov Kənd Təsərrüfatı Nazirliyi Təchizat Bazasının direktoru vəzifəsində çalışır.
Xatırladaq ki, hadisə sentyabrın 29-da saat 20 radələrində baş verib.

Belə ki, Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən F.Bayramov vurulub və o, xəstəxanaya yerləşdirilib. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "KİA" markalı avtomobilin sürücüsü - paytaxt sakini Emin Günəşli tutulub.

Faktla bağlı Binəqədi RPİ-də Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri üzrə cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/475559.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR