Müharibə başlasa, savaş təcrübəsi olmayan Viqen Sarkisyan nə edəcək?

Müharibə başlasa, savaş təcrübəsi olmayan Viqen Sarkisyan nə edəcək?
14:22 3 Oktyabr 2016
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan prezidenti Serj Sarkisyanın hərbçi Seyran Ohanyanın əvəzinə 1975 doğumlu İrəvan Dövlət Universitetində, eləcə də Fletçer Hüquq və Diplomatiya Məktəbində, Tafts və Harvard universitetlərində təhsil alan Viqen Sarkisyanı müdafiə naziri təyin etməsi orduda islahatlar aparması istəyi ilə bağlıdır.

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloqun fikrincə, bu təyinat cəbhədəki aprel döyüşləri ilə birbaşa bağlıdır: "Aprel döyüşləri göstərdi ki, Ermənistan ordusunın əsgər və zabit heyəti tam komplekləşməyib, ərzaq və geyim təminatı aşağı səviyyədədir, ordudakı pullar yeyilib, generallar bu pullarla İrəvanda özlərinə villalar tikiblər və s. Yəni Serj Sarkisyan ordudakı bu vəziyyəti dəyişmək üçün müdafiə sistemini keçmiş administrasiya rəhbərinə etibar edib. Yəqin Sarkisyan düşünür ki, Qərb təhsili alan Viqen Sarkiysan ordunu mükəmməl menecment əsasında quracaq, maliyyə oğurlanmayacaq".

Lakin ekspert hesab edir ki, yeni müdafiə nazirinin hərbi təhsilinin olmaması müəyyən suallar doğurur: "Serj Sarkisyanın Ermənistan ordusunda oğurluğa son qoymaq istəyini anladım. Bəs əgər müharibə başlayarsa, akademik təhsil alan və Seyran Ohanyandan fərqli olaraq savaş təcrübəsi olmayan Viqen Sarkisyan vəzifəsinin öhdəsindən gələ biləcəkmi? Bunu yoxlamaq isə artıq Azərbaycan ordusunun vəzifəsidir".

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyanın oktyabrın 3-də imzaladığı sərəncamlara əsasən, Viqen Sarkisyan Vigen Sarkisyan Prezident Aparatının rəhbəri vəzifəsindən azad edilərək müdafiə naziri təyin olunub.

Bundan əlavə, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Yuri Xaçaturov  vəzifəsindən azad edilərək Milli Təhlükəsizlik Şurasının katibi, keçmiş katib Armen Gevorkyan isə Prezident Aparatının rəhbəri, həmçinin müdafiə nazirinin müavini, maddi-texniki təminat departmantinin rəisi Movses Akopyan isə silahlı qüvvələrin baş qərargah rəisi təyin edilib. Xarici işlər naziri Edvard Nalbadyan isə yenidən eyni vəzifəni icra edəcək.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/475567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR