Yaşar Vahabzadə Frankfurta 21 futbolçu aparır

Yaşar Vahabzadə Frankfurta 21 futbolçu aparır
14:27 3 Oktyabr 2016
25 İdman
Ölkə mətbuatı
A- A+

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, AÇ-2017-nin seçmə mərhələsinin Finlandiya ilə qarşılaşmasına 21 futbolçu çağırılıb.

Yaşar Vahabzadə oktyabrın 7-də səfərdə baş tutacaq matç üçün AZAL-dan daha çox - 4 futbolçu dəvət edib. "Qəbələ" və "Sumqayıt" U-21-də hərəyə 3 oyunçu ilə təmsil olunacaq. "Neftçi", "İnter" və "Qarabağ"ın hərəyə 2 futbolçu ezam etdiyi yığmada "Zirə" və "Kəpəz"in bir təmsilçisi yer alacaq. Digər üç oyunçu isə ölkə xaricində çıxış edən futbolçulardı.
 
Azərbaycan yığması oyuna Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı keçirərək hazırlaşacaq. Komandanın düşərgəsinə Rahil Məmmədov, Fəhmin Muradbəyli (hər ikisi "Neftçi"), Mahir Mədətov, Şahrudin Maqomedaliyev (hər ikisi "Qarabağ"), Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Sadiq Quliyev (hamısı "Qəbələ"), Vüqar Mustafayev ("Zirə"), Tural Hümbətov, Kamal Mirzəyev, Rəşad Əzizli, Qvanzav Maqomedov (hamısı AZAL), Taşkın Sertan, Abbas Hüseynov (hər ikisi "İnter"), Orxan Əliyev ("Kəpəz")
Azər Salahlı, Tərlan Əhmədli, Yusif Nəbiyev (hamısı "Sumqayıt"), Elnur Cəfərov ("Duqopolye", Xorvatiya), Taşkın İlter ("Dənizlispor", Türkiyə), Budaq Nəsirov ("Sportinq", Portuqaliya) dəvət alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475511.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR