Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Vəkili Cahangir Hacıyevə bəraət istədi

Vəkili Cahangir Hacıyevə bəraət istədi

Date: 3 October 2016 14:32

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, prosesdə C.Hacıyevin vəkili Fəxrəddin Mehtiyev müdafiə çıxışı edib. Vəkil C.Hacıyevə bəraət verilməsini istəyib.

Prosesdə zərərçəkmiş qismində "Aqrar Kredit" QSC-nin nümayəndəsi də çıxış edib. O təqsirləndirilən şəxslərdən 7 milyon 624 min manat tutulmasını istəyib.

Proses davam edir.

Qeyd edək ki, C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham

Milli.Az


Tags:  Vəkili Cahangir Hacıyevə bəraət istədi

RƏYLƏR


Top news