"Bu, "Qəbələ" ilə matçda da təkrarlandı"

"Bu, "Qəbələ" ilə matçda da təkrarlandı"
14:47 3 Oktyabr 2016
28 İdman
Ölkə mətbuatı
A- A+

Son 21 gün ərzində 7 görüş keçirmək fiziki güc və düzgün yanaşma tələb edir. Həftəiçi Avroliqada oyun keçirməyimizə baxmayaraq, "Volfsburq"la qarşılaşmaya hazır idik.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Maynts"ın baş məşqçisi Martin Şmidt deyib.

Ötən həftə Avropa Liqasında "Qəbələ" üzərində 3:2 hesablı qələbə qazanan "Maynts" Almaniya çempionatının VI turunda "Volfsburq"la heç-heçə edib - 0:0.
 
Matçdan sonra Almaniya mətbuatına açıqlama verən Şmidt Bundesliqa ilə paralel olaraq, Avroliqada çıxış etməyin çətin olduğunu bildirib: "Komandamdan narazı qala bilmərəm. Son oyunlarda hər dəfə qapımızdan qol buraxırdıq. Bu, "Qəbələ" ilə matçda da təkrarlandı. Buna görə də, "Volfsburq"la qarşılaşmada ilk növbədə, qol buraxmamağa çalışdıq. Təbii ki, meydana 3 xal üçün çıxmışdıq. Lakin yorğunluq hiss olunurdu. Buna görə də, ilk dəqiqələrdə oyunu "tutmaq" çətin oldu. 25-ci dəqiqədən etibarən isə futbolçularım özlərinə gəldilər. Rəqibin qol imkanları daha çox olsa da, biz də yaxşı oyun nümayiş etdirdik. 
 
Qeyd edək ki, 6 turdan sonra aktivində 8 xal olan "Maynts" 11-ci pillədə qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475513.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR